Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə153/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   149   150   151   152   153   154   155   156   ...   189

Kişilik



Çox namıssı, qiryətdi idi. Muharibə vaxtı Şura höku­mə­tinə qaçaqçılıq etdiyinə görə aparmadılar. Burda qaldı, ona qa­cağtutanlığ işi verildi. At veriblər, belinə qatar, beşaçılan, tufəng veriblər. Veriblər ki, muharibəyə getməyib qaçan qa­cağ­ları tutsun. Qağam muharibədən qacıb gizdənənnəri tutur­muş, verirmiş təhvil. 3-nü deer, tutdum, təhvil verdim, bi dənə orden deer vurdular mənə. Deer bi at veriblər mənə qara atdi, val­lah, at deer, əlləri üssə qalxır. Biri də deer ailəsinin az qalıb­mış doğmağına, gəldim deer, bını güdə-güdə gördüm deer, bı evdədi. Gəldim yavaşca qapını açdım girdim icəri. Deer, dik qalxdı ayağa. Arvadı yaylığını açdı, atdı ayağımın altına ki, sən gəl mənim ailəmi aparma. 3-4 günə azad ola­cam. Mənim onnan başqa hec kimim yoxdu. Yetim adamam. Mən bına gümannıyam. Baxdım, baxdım deer, dedim, insandı dana. Əgər bı gedərsə, vətəni qorumağa elə bu da vətəninin adamıdı də. Deer, dedim, mən səni ələ vermərəm. Amma biz 2 yoldaşıq, o da mənnəndi. Məəm kəçimdi.

Nəisə, üssünnən 4-5 gün keçdi, səhər-səhərdi, atı min­mişəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm, deer. Yer də deer, əl naziklikdə buzdu. Atı sürdüm bizdə çay var – Adıgö­zəl­di adı. Helə ora az qalmışdım, gördüm bi dənə atlı, qaba­ğın­da bi arvad gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlində gəlir. Yer buz, deməynən 3-cə gündü azad olub­muş. Mən də deer, ayrı yerə getmişəm qacağ tutmağa. Bılar­dan xəbərim yoxdu. Hə bi də gördüm atın qabağında həmən mənim kəçim.

– Ayə bu nədi, dedim.

Ağlım başımnan çıxdı. Ayə bı nağayrır? Gəl ha gəl, gəl ha gəl, gördüm, əəəəə, bu həmin qadındı. Suyu keçdim. Dedim:

– Əəəə, bu kişilikdəndi? Bu arvadı neynirsən, sənə deyiblər kişini tut, bu arvadı neynirsən.

Deer dedi:

– Əmi, belə başaa dönüm, ayağıın altında ölüm, sən də məni bağışda, 3 gündü azad olmuşam.

Dedim:

– Ə, sən nə təhər adamsan.

Bunu deer, hərbələdim. Qolumun pencəyini belə elədim ki, əli əlimə dəyməsin. Bala, Allahın da yanında üzüm ağdı, bən­dənin də, pencəyimi belə elədim, dedim, bala, yapış mə­nim əlimnən. Yapışdı burdan deer, götdüm atdım atın tərkinə. Ata bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın haya­tında. Hey deyərdi, bala, o uşaxların səsi mənim qulağımnan getmir. Biri 3 yaşında, biri 3 gündü doğulub. Ikisi də nətəri ağ­laşır, mələşir. Uşağın səsi beynimə girdi.

Dedim:

– Tfuuu, nəhlət olsun sənə, sən nə yava adamsan, ə.

Bala, düş atdan, bıni düşürtdüm.

Həmən bu kəççim bunu görəndə:

– Paşa, səni tutduracam, dedi.

Getdim, deer, Masallıya, rayona, gördüm ordadı. Gör­düm oturub mənnən döşüyur. Mən əhvalatı olduğu kimi də danışdım böyügümüzə. Danışan kimi bu vayankom qalxdı ye­rinnən hax-tfuu üzünə. Hec ölürsən? O nədi əəəə, 2 körpənin sən anasını gətirirsən mənə təhvil verməyə, salaq türməyə, o 2 körpəyə kim baxacaq?

Nəisə, qacaxlardan 2-ni tutdum verdim, bunu isə ələ ver­mirəm. Deer, dedim səni ələ vermirəm, ailəvi, uşağıvı sax­la. İnan, deer, az qalır uzana ayağımın altına. Belə oldu ki, o kəç­çim gedir deer ki, Paşa qacaxları görür, tutmur. Deer dedim:

– Ayə mən 4 qacax tutmuşam, sən hec bir dənə də tutmamısan.

Deer:

– Yox, mən tuta bilmirəm, sən qacırdırsan.

Nəisə, ikimizi də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə. Getdik türməyə. O, orda öldü. Mən isə türməmi çəkdim qayıtdım gəldim.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin