Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə154/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   150   151   152   153   154   155   156   157   ...   189

Paşa kişinin güləşməyi



Qağam yaxşı güləşəndi, toyda onun belini yerə vuran olmamışdı. O vaxt kənddə Müseyib adında biri vardı. Toyda bəzilərinin dolduruşuna gəldi, qağamla güləşmək istədi. Cən­gi çalındı, qağam rəhməttiy bu Müseyibnən güləşdi. Gülə­şən­də əlini belə qoyub belə-belə, belə-belə aşırdı. Ə Paşa, məni yıxa bilərsən, Müseyib deyib qağama. Deer, gəldi əlin belən­çik tutdu qağam, atdı özünnən bu yana, Müseyib arxası üstə düşdü yerə. Camaat şapalağ vurdu, güldü. Aşıx da bu yannan çalır. Hə, bi xeyləm oynadı. 101-i havasına oynıyardı qağam. 101-i havası ən çətin havadı, hər adam oynıya bilməzdi. Elə belə-belə eliyərdi, bir də gördün toyxananın o başındadı.

Bi gün hardansa pəhlivan gəlibmiş Xoççobannıya, bur­dan da gəlib qağamı aparıblar. Həə, qağam elə bil güləşəndə elə bi dəfə yapışıb belənçig əlinnən atıb özünnən bu yüzə. Bi də durub bunun üstünə gələndə əl atıb yapışıb burasınnan təkəlli qalxızıb göyə. Qalxızanda hamı başdıyıb hoy-hoy şa­palağ vurmağa. Pəhlivan deyib, sən Allah, qardaş atma məni yerə, ölərəm. Qağam deyib səni mən yerə atmaram, amma sən mənnən güləşə bilməzsən. Ged özüvə bab adam tap.

Fərayıl əmioğluynan da güləşməsi belə olur ki, hamı de­yir ki, Paşa qocalıb uje, 70 yaşı var. Fərayıl da hündür­boylu, kök, dolu adam idi. Həm əmioğluydular, həm də qonşu. To­yun birində qağam genə də çıxıb güləşməyə, özünə bab adam axtarırmış ki, Fərayıl yerindən fırrıyır deyir, ə, Paşanı yıx­mağa nə var? Sora çıxır meydana bi o yana, bi bu yana gedib, gə­lib qağama yapışmağ isdiyəndə qağam əlini çəkib deyib hə­lə gözdə, güləşmə, hələ oynıyağ biy az. Yox, əmi, yıxma­lı­yam səni, sən yaşdısan, mən cavan. Qağamı zad eliyəndə, be­lən­çık eliyib qağam boynunu salıb qoltuğunun altına. Elə qo­lunun altında belə-belə eliyib qiçdarını da salıb bəndə. Burdan dik qaldırıb yuxarı göyə, bi az saxlayıb göydə. Deeb, ə, mən nə qədər yaşdı olsam da, 5-6 dənə sənin kimi cavanın quvvası var məndə. Qağam rəhməddig quvvalı adam olub.

Həə, Fərahim də deeb, əmi, elə bil ayağım yerdən üzü­ləndə ürəyim üzüldü. Dedim öldüm daa.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin