Masalli folkloru 2


Söyləyici: Əleydər Məlikov, doğum tarixi 1933, təhsili yoxdur, Hacıtəpə kəndi Toplayıcı



Yüklə 1,65 Mb.
səhifə179/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   175   176   177   178   179   180   181   182   ...   189

Söyləyici:


Əleydər Məlikov, doğum tarixi 1933, təhsili yoxdur, Hacıtəpə kəndi

Toplayıcı:


Füzuli Bayat

20. BİCAR MAHNILARI

Çəltik əkini



Bicar çəltiydi. Çəltig əkininə əvvəla bicar yeri deyillər, çəltih yetişdirmənin adı bicardı. Bicar olan yerə su dol­du­rullar. Bicar yeri kvadrat şəklində olur. Toxumu həmin yerə səpillər. Burda çıxannan sora, keçirillər onu məcrə deyilən yerə. Orda da eyni bicarrığ kimi olur. Kvadrat şəkilində olur bü­tün sahə hamısı. Onun içində həm gəzillər, həm də ki, onun içinə su buraxıllar ki, su axıb getməsin, çəltigin dibində qal­sın. Bicarrığ da elə olur. Çəltih suyun içində yetişir. Yeti­şən­nən sora da burda yonullar dəstə-dəstə, topa bağlıyıllar, onları aparıllar bir-bir. Orda qadınnar əkir dal-dala, götürür tez-tez əkə-əkə dal-dala gedillər. Çəltih suyun içinə əkilir.

Yığılanda da ki, keçmişdə əlnən biçərdilər. Çinnən biçib dərz-dərz bağlardılar. Sora çəltigi döyməyi də dinglə dö­yər­dilər. Dingin ağzı mismar kimidi, bu, çəltiyə dəyib ona əz­məy­dən ötəridır. Bizim yerli düyü sədri düyüsüdü. Bir az kobud dügüdü, güdəydi. İndikilərdən iki dəfə güdəy, ona görə də topal deyərdilər. Amma çox yaxşı xörəyi olurdu. Onun plo­­vunun iysinə doymaq olmazdı. Yoldan keçənlər hamısı bilərdi ki, bu evdə plov bişib.
* * *

O vaxtlar bizim kətdə çəltih əkərdilər. Sarı siyəzilər olardı və bi də ki, çual olardı. Düyünü yığardıq ora. Bi dənə düyü düşsəydi aşağı, o vaxt irəhmətlih qağam diyərdi:

– Ay bala, bunu ayaqlamıyun haa, qulfuvallahdı.

Dügü qulfuvallahdı. Elə bil ki, Allahın ən əziz yaratdığı odu də. Ən birinci biz onu əkəndə diyirdik, bismillahi rəh­ma­ni rəhim. Allah! Özün min bərəkət ver! Nur bərəkət ver! Bərəkətli olsun!

Bicarda xüsusi qaydalar vardı. İşdiyərdilər, qutarardılar, yemək sırasına korgar diyərdilər. Məsələn, günortaya kimi işi­miz var, günortadan sora yeməh bişirməh lazımdı. Hə onda hamı bi iskan nehrə yağı, bi də beləncik bankə dügü hamımız aparardıq. Məsələn, üc, dört dənə yumurta, onnan sora göy so­ğan, hayatdan kişniş, varsa başqa şeylər də olardı. İki-üc də­nə arvad ayrılardı, olar günorta bişirərdilər. Hər burqəder də, səni başa salım, iyirmi, iyirmi iki nəfər adam, məsələn, bu gün Füzulinin burqederi korgar edəcəh, sabah yox biri gün bir başqası korgar edəcəh. Hərkəsən özü eliyərdi. Şənlənərdik, qırğın, qiyamat. Halaya gedərdih:
Yerişin qaza bənzər, boyun şahbaza bənzər,

Mən səni görənnən qış günü yaza bənzər.
Çəltiyi soranda da deyərdih:

Saman sənin, dəni mənim.

Belə diyərdik də, səfeh vaxtlarımız idi.

Çəltigi də, buğdanı da biz həmişə kosarıya yıgardıq. Ko­sara da həsirdən düzələrdi, qurd basmasın diyə. Bir il qalır, il yarım qalır, bala. Hec zad olmurdu.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin