Günlərin bir günü tərs, inadkar müfəttişlərdən biri Zakiri saxlayıb, sənədlərini tələb edir. Zakir soruşur ki, günahım nədir?
Müfəttiş deyir:
– Yolun ortasındaki xətti tapdamısan.
Zakir üzünü qibləyə tutur, əllərini açıb Allaha yalvarır:
– Keç günahımdan, ilahi, keç günahımdan...
Sonra yolun ortasında uzanıb xətti öpməyə başlayır:
– Bağışla, ay xətt, mən heç bilmirdim sən bu qədər müqəddəssən. Keç günahımdan!..
Sürücülər maşınları saxlayıb bu qəribə mənzərəni seyr edir, qəhqəhə çəkib gülürlər. Yol hərəkətinin tamamilə dayandığını görən müfəttiş onu xahiş-minnətlə ayağa qaldırıb, yola salır. Zakir cərimə və rüşvət verməkdən canının qurtarır.