Günnərin bir günü Ənnağı çayxanaya girir. Görür ki, borclu olduğu adamlardan bir neçəsi oturub çay içir. İstəyir, qapıdan qayıtsın, özünə sığışdırmır. Həmin adamlar dönüb sözlü adamlar kimi ona baxırlar. Niyyətlərini gözlərindən oxuyan bu baxışlara dözə bilməyən Ənnağı bir ağızdan qayıdıb:
– Mənim bir oğraşa borcum yoxdur, – deyir.
Borclular yer-yerindən dillənirlər ki, necə yəni yoxdur, axı bizə filan qədər verəcəyin var. Ənnağı bərkdən gülüb:
– Mənim kişiyə borcum var, oğraşa borcum yoxdur, cavabını verir.