Əlamətlərinə və xətti quruluşuna görə turizm marşrutları
Nəqliyyat vasitələrindən istifadədən asılığa görə turizm marşrutları
Turizm marşrutları turistlərin səyahət motivlərinə,turların müddətinə,istifadə olunan nəqliyyat vasitələrinin növlərinə görə təsnif olunur.Burada ən geniş təsnifat qrupu,şübhəsiz,turistlərin səyahət motivlərinə əsasən tərtib olunur.Bunlar istirahət,sağlamlıq,balıq tutmaq,ov etmək,həyəcanlı turlarda iştirak etmək,safari,raftinq,macəra,sərvət axtarışı,foto ovçuluq,təbii və texnogen fəlakət yerlərinə olan marşrutlar,artıq istifadədə olmayan hərbi obyekt və döyüş poliqonlarına və təhlükə törətməyən qəza yerlərinə səyahətlər ola bilər.
Müddətinə görəturizm marşrutları çoxgünlük,yəni 14-30 günlük, bir neçə günlüyə(1-3 günlük)və bir neçə saatlıq ekskursiyalara bölünür.
Çoxgünlük marşrutlar bir neçə nəqliyyat növü istifadə olunmaqla kifayət qədər zəngin,maraq kəsb edən və bir çox yaş qrupundan olan turistlər üçündür.Çoxgünlük marşrutlar adətən idman və sağlamlıq,macəra,fiziki hazırlıq xarakterli olur.
Bir neçə günlükmarşrutlar ov etmək,alpinizm,raftinq,çay boyu gəzintilər, foto-ovçuluq, qeyri-adi təbiət hadisələri ilə tanışlıq, həftəsonu turizm marşrutları ola bilər.
Bir neçə saatlıq ekskursiya marşrutları şəhər və kənd ətrafı görməli yerlər,muzeylər,mineral bulaqlar,görkəmli şəxsiyyətlərin adı ilə bağlı yerlər,abidələr,maraq kəsb edən obyektlər,təhsil müəssisələri kimi yerlərə təşkil olunan marşrutlar ola bilər.
İstifadə edilən nəqliyyat vasitələrinə görə turizm marşrutları piyada(5-20 km),heyvanlardan(at, dəvə, it, maral)istifadə etməklə(50-100 km)qoşqulu,dəmiryolu,havayolu,su yolu marşrutlarına,habelə avtomobil və qarışıq nəqliyyat vasitələri üzrə marşrutlara ayrılır.