Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı


Turların layihələndirilməsi zamanı turizm xidmətlərinə olan tələblər



Yüklə 163,3 Kb.
səhifə8/22
tarix22.12.2023
ölçüsü163,3 Kb.
#189749
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
turizm marşrutları

Turların layihələndirilməsi zamanı turizm xidmətlərinə olan tələblər

Turaların layihələndirilməsi zamanı təklif olunacaq turizm xidmətlərinə olan tələblər iki yerə bölünürlər. Bunlar:

  • İcbari tələblər;

  • Tövsiyə olunan tələblərdirlər.

İcbari tələblər turistlərin həyat və sağlamlığının, əmlakının və ətraf mühitin qorunması kimi çox mühüm tələblərdir.
Tövsiyə olunan tələblər isə turların təyinatına uyğunluğu, dəqiqliyi, kompleksliyi, etik tələblərə uyğunluğu, zəruri servis heyətinin mövcudluğu, komfortluğu, estetikliyi və erqonomikliyidir. Burada erqonomiklik dedikdə, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün nəzəriyyənin, praktiki prinsiplərin və məlumatların sistematik şəkildə öyrənilməsi ilə onların insan həyatının rahatlığı naminə istifadəsi üçün elmi yanaşmalar başa düşülür.



  1. Turların formalaşdırılmasında resurslar və onların planlaşdırılması

Turizm məhsulu kimi həm maddi əşya formasında, həm də qeyri-maddi xidmət fomasında resurslar təklif olunur.Bu resurslar əsas və əlavə xidmətləri göstərə bilmək üçün turu təşkil edən turoperatorlar tərəfindən alınaraq kompleks zərflər halına salınır.Uğurlu bir turmarşrut hazırlana bilməsi üçün həmin resurslar düzgün seçilməli,onlara olan tələbat düzgün qiymətləndirilməli,göstərilən xidmətlərin istehlak dəyəri, onların faydalılığı, etibarlılığı,habelə qonaq- pərvərliklə müşaiyət olunma imkanları nəzərə alınmalıdır. Bütün bunlar hamısı tur üçün tələb olunan resursların planlaşdırılması və onun texnologiyasından asılıdır.
Resurslara olan tələbatın planlaşdırılması modelləri müxtəlifdir. Məsələn,turqrupdakı üzvlərin sayına görə,onla- rın nəqliyyat, qida və yerləşmə tələbatına görə, habelə turistlər arasında və onlara rəhbərlik edən bələdçi arasındakı işgüzar əlaqələrin sayına görə resurslar tələb olunur.
Bazar iqtisadiyyatı şəraitində hər bir resursun istehlak keyfiyyətinə görə düzgün seçilib rasional istifadə olunması, onların qonaqpərvərliklə möhkəmləndirilməsi, habelə idarə- etmə proseslərində xətti və funksional əlaqələrin düzgün təşkili resursların planlaşdırılmasında mühüm şərtlərdir.




  1. Yüklə 163,3 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin