Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 163,3 Kb.
səhifə7/22
tarix22.12.2023
ölçüsü163,3 Kb.
#189749
1   2   3   4   5   6   7   8   9   10   ...   22
turizm marşrutları

Peşəkar qonaqpərvərliyin mühüm şərti optimal xidmət atmosferinin yaradılmasıdır. Bunlar:

  1. Bütün xidmətlərin dərəcəsinə görə bir-birini tamam- laması;

  2. Bütün xidmətlərin turun tematikası ilə uzlaşması;

  3. Turun proqramının vaxta görə tənzimlənməsi;

  4. Tur proqramının tərkibindəki işlərin bir-birini əvəzedəbiləcək səviyyədə amorf hazırlanması;

  5. Təklif olunan xidmətlərin miqdarına görə rasional tərkibin müəyyən olunması;

  6. Xidmətlər zamanı ənənəlivikdən kənara çıxılması.

Bütün bu göstəricilərin turizm məhsulu hələ hazırlanarkən nəzərə alınması, turizm sektorunda qlobal rəqabətin əsas götürülərək potensial turistlərin əldən çıxarılması deyil, onların turizm müəssisəsinin müştərisi kimi qazanılması prinsipləri əsas götürülməlidir.



  1. Turların layihələndirilməsi

  2. Turizm marşrutunun mürəkkəblik dərəcəsinin müəyyən olunması

Turların layihələndirilməsi turizm marşrutlarının hazırlanmasının əsas mərhələsidir. Turların layihələndirilməsi zamanı aşağıdakı məsələlərin həllinə diqqət vermək tələb olunur:

    1. Marşrutun seçilməsi.

Bu, turizm marşrutu hazırlanmasının ən mühüm mərhələlərindən biridir. Bu adətən, turda iştirak edən qrupun maraqlarına uyğun olan məqsədlərdən asılıdır.Şübhəsiz, maraq və məqsədlər müxtəlif olsa da onları aşağıdakı qaydada ümumiləşdirmək mümkündür:

  • təbiətdə istirahət;

  • təbiət və ya tarixi abidələrə baxış;

  • fiziki aktivliyin artırılması məqsədi daşıyan yürüşlər

və s.
Praktikada isə bunlar ayrı-ayırılıqda və birgə formada da ola bilərlər.

    1. Marşrutun mürəkkəblik dərəcəsinin müəyyən olunması.

Müəyyən marşrutlar təbii maneələri olmayan kifayət qədər rahat və adət olunmuş yollardan keçdiyindən onların dizayn olunması zamanı xüsusi xəritələr və yol göstəriciləri tələb olunmur. Belə yürüşlər zamanı xüsusi düşərgələr yaradılması tələb olunmur.Digər marşrutlar isə təkcə hamar yollarla deyil, meşə yolları və cığırları, çay və göl kənarları, bataqlıqlar və dağ aşırımları keçməklə də ola bilər. Bu zaman göstərilən maneələr ayrı-ayırılıqda və bir çoxu eyni yerdə rast gəlinə bilər. Belə olduqda, xüsusi xəritə və ya sxemlər tələb olunur. Belə marşrutların hazırlanmasıda uzunmüddətli düşərgələr və gecələmələrin nəzərə alınması məcburidir. Yürüşlər mürəkkəblik dərəcəsindən başqa marşrutun uzunluğundan, davametmə müddətindən və turizmin növ- lərindən də asılı olaraq dəyişilir.

Marşrutların hazırlanması zamanı aşağıdakı qaydalara əməl olunması tələb olunur:



  • turizm marşrutu boyu keçilən gündüz yürüşləri bütün turistlərin fiziki imkanları çərçivəsində olmalıdır;

  • yerli sərnişin nəqliyyatı və turist daşıyan xətlər arasında turistlərin hərəkəti zamanı piyada və digər aktiv vasitələrə üstünlük verilməlidir;

  • uzunmüddətli düşərgə və yataq yerləri mümkün ola biləcək səviyyədə komfortlu, yanacaq, ərzaq və rabitə təminatlı olmalıdır;

  • marşrutun planlaşdırılması zamanı yolda yubanmalar əvvəlcədən nəzərə alınmalıdır.

Marşrutların hazırlanması zamanı ən müxtəlif sorğu materiallarından — sorğu kitabçalarından, bələdçi kitabla- rından, ölkəşünaslıq üzrə ədəbiyyatlardan və xəritələrdən istifadə oluna bilər. Turların düzgün layihələndirilməsi praktikada öz müsbət nəticəsini verir. Bu nəticələr:

  1. turizm marşrutlarının hazır texnoloji xəritəsi;

  2. turizm müəssisəsinin işlə yüklənmə qrafiki;

  3. turizm yollayışının informasiya vərəqi

  4. turistlərə xidmətin proqramı kimi hazır nəticələr ola bilər.





  1. Yüklə 163,3 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin