Ekskursiyaların aparılması zamanı tələb olunan psixo-fizioloji mühitin yaradılması
Psixoloji vəziyyət hər bir insan fəaliyyətində, o cümlədən, ekskursiya zamanı özünü göstərən insani key- fiyyətdir. Ekskursiyalar zamanı psixoloji vəziyyətin yaran- masında əsas şərt olaraq konkret şərait, bələdçi və eks- kursantların həmin andakı əhvali-ruhiyyəsi, həyat şəraiti, kollektivdəki mikroiqlim, sağlamlıq şəraiti, hava şəraiti, at- mosfer təzyiqi və sair ola bilər. Ekskursiyalar zamanı psixoloji vəziyyətin aşağıdakı növləri ola bilər. Bunlar:
Ekskursiyaların keçirilməsi zamanı bələdçi burada iştirak edən insanların xüsusiyyətləri, temperament və təbii keyfiyyətlərini nəzərə almalıdır. Çünki ekskursiyanın fəallığı burada iştirak edən insanların psixoloji vəziyyətindən çox asılıdır.
Ekskursiyalar zamanı psixoloji mühiti aşağıdakı konkret faktorlar yaradır:
Ekskursiyaçının və bələdçinin əmək şəraiti;
Bu amillər şəxsin psixoloji vəziyyətinə təsir edərək aşağıdakı halları yaradır:
İntellektual yaradıcılıq;
Yüksək temperament;
Cəsurluq və sərbəstlik;
Yüksək yaddaş.
Göstərilən keyfiyyətlər ekskursiya metodistləri tərəfindən ekskursiyaların hazırlanması və keçirilməsi zamanı yüksək dərəcədə tövsiyə olunur. Bu psixoloji keyfiyyətlərin aşağı və yuxarı dərəcəsi hər bir ekskursiyaçı üçün vacib olub ətraf mühitin dərk olunmasında mühüm əhəmiyyət kəsb edir.
Psixoloji proses kimi ekskursiyaların təşkili iki əsas dərketmə prosesindən keçilir. Bunlardan biri hiss edib dərketmə, ikincisi məntiqi dərketmədir.
Ekskursiyaların aparılması zamanı tələb olunan psixo- fizioloji mühitin yaradılması üçün bələdçidən ekskursantların keçmiş təcrübəsi, aktiv həyat tərzi, onun əhvali-ruhiyyəsi, psixoloji hallardan asılılıq dərəcəsi, başqalarından seçiləbilmə istəyi, onun nəzəri bilikləri və praktiki vərdişləri, müxtəlif əşya və predmetlərin strukturu, tərkibi və detalları haqqında məlumatlılığını nəzərə almağı tələb olunur.