Ekskursiyaların bu funksiyaları yerinə yetirməsi üçün onların hazırlanması mərhələlərinə dəqiq əməl olunmalı, hər mərhələnin məzmunu və ona qarşı qoyulan şərtlər ekskursiyanın əsas məqsədilə ahəngdar olmalı və operativliyə çalışılmalıdır.İlk mərhələ ekskursiyanın mövzusunun seçilməsidir. Əvvəlcədən müəyyən olunmamış bir mövzuya əsaslanmayan, kortəbii həyata keçirilməyə çalışılan bir ekskursiya ümumiyyətlə mümkün deyildir. Sonrakı ekskursiya mərhələləri kimi bu mövzuya uyğun olan mənbələrin seçilməsi, bu mövzu üzrə yeni məzmunlu ekskursiyaların tərtib olunması və onun həyata keçirilməsi üçün hazırlıq aparılması göstərilə bilər.
Ekskursiya marşrutunun tərtib olunması
Ekskursiyalara hazırlıq
Ekskursiya marşrutunun tərtib olunması zamanı əsas tələblərdən biri məntiqi olaraq obyektlərin təqdimatına imkan yaratması və mövzunun açılması üçün ziyarətçi bazasının yaradılmasıdır.Praktikada ekskursiya marşrutlarının üç variantda hazırlanması məlumdur.Xronoloji, tematik və tematik-xronoloji.Xronoloji ekskursiya marşrutuna misal olaraq görkəmli insanların həyatı və fəaliyyəti ilə bağlı olan marşrutlar misal ola bilər.Tematik marşrutlara isə misal olaraq hər hansı şəhərin həyatındakı bir mövzunun açılması ilə bağlı olan marşrutlar misal ola bilər.Bütün çoxplanlı şəhər ekskursiyaları tematik-xronoloji əsasda qurulur.Belə ekskursiyalarda təklif olunan materialların ardıcıllığı bir qayda olaraq hər yarımmövzu üzrə müəyyən olunur.
Ekskursiya marşrutunun hazırlanması kifayət qədər yüksək peşəkarlıq və biliklər tələb edən mürəkkəb və çoxpilləli bir prosesdir. Marşrut zamanı nəqliyyat vasitələrindən istifadə olunursa o zaman yol hərəkəti qaydalarına əsasən hərəkət olunmalıdır. Ekskursiyada təqdim olunan obyektlər əsas və əlavə olaraq iki yerə bölünür.Əsas obyektlərə baxış ciddi şəkildə planlaşdırılır və bu zaman ekskursiyanın əsas məzmunu açılır. Əlavə obyektlər isə ekskursiya zamanı keçid xarakteri daşıyır və bu zaman əsas məqsəd kimi nəzərədə tutulmur.Marşrutun tərtib olunması zamın keçilən yolun xarakteristikası,burada nəqliyyat vasitələri və ya piyada hərəkət edərkən qarşılaşıla bilinəcək maneələr, habelə daya- nacaqlar, qarşılaşılması ehtimal olunan təhlükələr və onlardan yan keçməyin variantları əvvəlcədən təhlil olunmalıdır.Ekskursiyanın mətinin test olunması hazırlıq mərhələsində görüləcək əsas işlərdən biridir.Məhz bu mətndə ekskursiyanın məzmununun açılması üçün tələb olunan bütün material əks olunur Mətndə ekskursiyaya aid olan tematik məlumatlar, turistlər üçün maraqlı ola biləcək bütün faktlar yer alıb, təqdim olunan obyektlərin qiymətləndirilməsinə xidmət edir.