Biri vardı, biri yoxdu, bir arvad vardı. Onun bi dənə qızı var idi. O, biaz ağıldan kəm idi. Anormal fason idi. Lapdan bulara bir elçi gəlir. Arvad sevinir. Hay, burdan otur, hay, ordan otur. Böyük qazanı salıllar balaca qazanın içinə yaxşı bir ayın-oyun bişirillər. Yedilər-içdilər, ordan-burdan danışdılar. Gəldilər sora bı qızı nişanladılar.
Bi gün oğlanın anası dözə bilmir diyir gedim görüm hələ nətərdi bu qızın anası, ayləsi, nişannadıq amma yaxşı tanımadıq. Diyir, həə, görüm bu gəlin bir az fərli-başlıdı, ya yox?! Gedir görür ki, qızın anası oxuyur: