Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə178/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   174   175   176   177   178   179   180   181   ...   189

Qoyunlar haqqında



Kələ qoyun var, külə qoyun, narınc qoyun, ağ kələ var. Hamısından var dənə, fərqi var biri-birinnən. Bənööş qoyun bir sortdur. Bənööş qoyunun sortu bi sortdu, çal qoyunun sor­tu bi sortdu, ağ qoyunun sortu ayrı sortdu, hər kəsənin sort­ba-sortu var. Sora qara qoyunun sortu ayrı sortdu. Qara qo­yu­nun qovurması, kababı daddı olur. Yeməyə, düzdü, südünü bə­yən­mirik, amma ətinin qovurması, kababı daddıdı. Çünki günü özünə çəkir, əti çox şua alır, onnandı. Cürbəcür qoyun­nar var. Çal qoyunun rəngi ayrı şeydi, hər kəsən bir tərəfdə ot­duyur, yeyir. Çörəyin yeyir, suyun içir. Keçmiş vaxtı ağ qo­yunun yu­nunnan gəlin üçün gəlin paltarı salırdılar. Ağ qoyu­nun yunun­nan köynək toxuyarlardı. Dizi qara, gözü qara, o qal­dı nə üçün, qurban üçün. İsmayıl qurbanını həmişə atalar de­yər­di­lər, dizi qara, gözü qara qoyunan kəsəllər. Dizində gə­rək ax­sağ­lığı olmuya, gözündə korruğü olmuya, başı salamat ola. Ağ qoyun, özü də dizi qara, gözü qara o qurbannığdır. Do­­ğu­lan kimi deyirsən bu qurbanlığdı. Bənööş qoyunun hə­mişə xüsusiyyətidi, balası yaxşı olar, yunu təmiz olar. Doğduğu bala qıvrağ olar.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin