Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə176/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   172   173   174   175   176   177   178   179   ...   189

Toplayıcılar:


Füzuli Bayat

Könül Hümmətova

Çıçək Əfəndiyeva

Nuridə Muxtarzadə

18. MƏHƏRRƏMLİK MƏRSİYƏLƏRİ



Bizdə mərsiyə məhərrəmlihdə oxunur. İmamlarımız üçün, on­narın balaları üçün, Əbəlfəz üçün. Həzrət Hüseyn üçün. Mər­siyəni yasda deyirih. Əli Əkbər üçün deyirsən cavan ölüb axı.

Ay Əkbərim, laylay.

Mahiyəmbərim laylay.

Əli Əkbərin anası deyir bu kəlməni.

Yatma quru yer üsdə

Gəl qucağıma, laylay.

Sinəmə dağlar çəhdün.

Başıma küllər töhdün.

Sən qəddimi büHdün.

Gəl qucağıma, laylay

Gəl qucağıma, laylay.

Bunu balası üçün deyib. Xanım Zeynəb İmam Hüseynin bacısıdır. O, qardaşı üçün mərsiyə deyib:

Zeynəbəm, yaralıyam.

Zeynəbəm, yaralıyam.

Bilmirəm haralıyam.

Bilmirəm haralıyam.

Yəni deyir buları burda basdırım, ya aparım öz vila­yətimə?

Bacınam dedim, Hüseyin.

Bacınam dedim, Hüseyin.

Yaslıyam, əzalıyam.

Yaslıyam, əzalıyam.

Sən mənim qəm yoldaşım.

Həm atam, həm qardaşımsan yaralı.

Gələrəm Şama dalınca, yaralı.

Onu Şama aparıblar. Onun başın kəsib nizəyə taxıb aparıblar.

Zeynəbəm yaralıyam.

Bilmirəm haralıyam.

Bu nəqarətdi. Arvatdar xornan deyir. Sonra Ərrahman surəsi var, onun da avazı var. Mərsiyələr yazılı ədəbiyyatdı.

Möhtacam, ay qardaş.

Nə yaradır bədənün.

Batmısan qanuva, qardaş

Nə yaradur bədənün.

Dilə gəl, ey yaralı.

Bircə danış Zeynəbinə.

Məni bu şəhrə gətürdün.

Bağlıyıb qollarımı Şümür mənim zillət ilə.

Ağlaram, ay qardaş.

Nə yaradur bədənün.
* * *

Çox-çox əvvəl məhərrəmlihdə hər kənd ehsan verərdi. Biri bir kənddə, üçü bir kənddə, yeddisi başqa kənddə ehsan verilir. Aşura gününnən bir gün qabağ qoca arvatdar cəmi vu­ra-vura gəzir. Vaveyla-səs vaveyla, deyə-deyə ocağın və me­çidin dört tərəfinə fırlanırdılar. Bizim kənddə isə İmamın üçü günü ehsan verərdilər. Dokquzuncu gecəsi Mürsəl ocağı var, ora gedərdih. Bizdə ehsan verəndə şirniyyat, aş-qara bişirilir. Gedəndə də boşqaba qoyub evə aparırlar. Kimisə Dokquzun­cu gecə Mürsəl ocağına ayaqyalın gedirdi. Səhərəcən yat­mırlar, cəm vururlar.
* * *

Hüseyn qardaş, əlac qıl,

Yıxılmışam bu yerdə.

Axıb qanım bu yerdə,

Yıxılmışam bu yerdə.
Qardaş, mən sənnən sora

Su içmərəm bu yerdə.

Mənim sənnən sonra, havadarım yox.

Gəl dur, başım üstə

Yıxılmışam bu yerdə

Axıb qanım bu yerdə

Çıxıb canım bu yerdə
Qardaş, gəl başım üsdə,

Şəhid olam bu yerdə,

Ələmdarım, qəm çəhmə

Gözüm yolda qalıbdı.

Yıxılmışam bu yerdə,

Axıb qanım bu yerdə,

Çıxıb canım bu yerdə.
Qardaş, mən sənnən sora

Su içmərəm bu yerdə,

Yıxılmışam bu yerdə,

Çıxıb canım bu yerdə.

Əbülfəz görübdü qardaşın,

Aldı başın diz üstə.

Töküb gözün yaşın,

Kabab etdi Əbəlfəz.

Qardaş, mən sənnən sora

Şəhid ollam bu yerdə,

Axıb qanım bu yerdə,

Çıxıb canım bu yerdə.
Qardaş, mən səndən sora

Su içmərəm bu yerdə.

Axıb qanım qardaş,

Danışginən mənimlə

Mən səni çox isdəyirəm

Qabarrı əllərimnən

Gedəy aparım səni

Ki az qalıb ximaya

Donub sular bu yerdə,

Axıb qanım bu yerdə,

Çıxıb canım bu yerdə.
Qardaş, mən sənnən sora

Su içmərəm bu yerdə.
* * *

Cuşa gəlib Əbəlfəz,

Əzizim yol eliyib.

Dəməşqdə suyum var

Xəcalətəm ki, neylim.

O çeşnə qızlarını

Gərək sirab eleydim.
Ki çeşmə oxlanıbdı

Yıxılmışam bu yerdə,

Çıxıb canım bu yerdə.

Qardaş, mən sənnən sora

Şəhid ollam bu yerdə.
Dəxiləm, mən dəxiləm,

Mən müşküləm, fəziləm.

Kənizinəm, dəxiləm.

Ağır ziyərətivə

Yıxılıram bu yerdə,

Axıb qanım bu yerdə,

Çıxıb canım bu yerdə.
Qardaş, mən sənnən sora

Su içmərəm bu yerdə.

Zeynəb baxanda İmam Hüseyinin üzünə gördü İmam Hüsynin rəngi saraldı. Dedi:

– Saralan rəngüvə bacularun qurban, qardaş. Niyə rəngün saraldı, bu hala qaldun?

Dedi:

– Bacı, bacı evim yıxıldı, belim sındı, Əbəlfəz getdi.

Yarı yol getmişdi gördü Zülcahan yetimi. Dedi:

– Zülcahan, sənin də mənim kimi belin sınıb?

Gördü Əbəlfəzin bir cüt qolları düşüb. Götürdü qolların basdı bağrına. Dedi:

– Düşən qollarıva qurban, qardaş.

Gedə-gedə səslədi, ay Əbəlfəz, ay Əbəlfəz. Səsimə səs verginən məgər sən döyürdün mən imdaduva çağıran kimi gəl­misən, aç gözdərivü, baxginən mənə. Əbəlfəz nıkqıldıyır, dodağınnan səda gəlir. Bacısı Əbəlfəzin başını aldı dizinin üs­dünə. Gördü deyir:

– Ay nənə, ay nənə. Nə yaxşı sən gəldin. Nənə can ve­rəndə nənə arzuluyar, qardaş arzuluyar, ata arzuluyar. Aldı bas­dı bağrına onun yaralı başına. .........

Durub getmə, bu gün məni

Zəlil etmə, bu gün məni

Çox xar etmə bu gün məni.

Qoyub getmə bu gün məni.
Allah, bimara bağlaram

Kimə ümidim bağlaram?

Nə qədər zara bağlaram.

Qoyub getmə bu gün məni.

Zəlil etmə bu gün məni.
Heç qız anasız olmasın.

Mən təh ümitsiz qalmasın.

Qoyub getmə bu gün məni.

Zəlil etmə bu gün məni.
Şam eli bihudə gedərəm,

Mən nəçiyəm heç bilmərəm.

Aparmasan mən ölərəm.

Xar etmə bu gün məni.

Zəlil etmə bu gün məni.

Üzümü tutaram divara,

Kim qoyar məni məzara?

Rəhm eliyün mən bezara.

Qoyub getmə bu gün məni.

Zəlil etmə bu gün məni.
Mən yetimə ol pasiban,

Əcəl məni gələr qoymaz

Aman, məni qoyub getmə.

Alma kimi soyub getmə.

Ay dədəmin yeznəsi, axı mənim sənə ümidim çox idi, dayağım idin, köməyim idin. Mənim pənahım idin, məni na­danlar əlində qoyub getmə, dədəm yeznəsi, deyir:

Getmə amandır, ay qəmli anam yeznəsi,

Dərdim sənə bəyandır,

Köməyim, arxam idin,

Gedişün nə yamandı.

Atam yeznəsi, laylay.

Əlüzdəykən verməyəydüz

Arxauzu, köməyüzü.
Mən aşıq dəyəri var,

Dəyəri var, dəyəri var

Elə onun dünyası qarannığ olub

Mənə çox dəyəri var.
Dedim, gərəyimsüz, dədəm yeznələrim

Məzarın üsdə gəlimişəm.

Qasimlə, əmimoğlu.

Ümman olub dərdim

Məzarın üsdə gəlmişəm.

Yaman düşübsən könlümə.
Həsrətəm gül camalına,

Dözə bilməm ayrılığa.

Dur ayağa, Qasim, oyan.

Məzarın üsdə gəlmişəm.
Bağlamışam başıma qara məcari,

Geyməmişəm heç əynimə şahzəri.

Xəzan vurub, gülüm solub

Əsir bağımda, sərsəri.

Dur ayağa, Qasim, oyan.
Sinən üsdə səru-sitəmlərin

Apardılar Şama əsir

Qolu bağlı yetimləri.

Babam Şamda qoyub gəlib

Nazlı qızım Ruqiyyəni.
Dur ayağa, necə gülsün

Qan ağlayan gözüm.

Əlimlə bəzəmişəm otağıvu

Qara gözlüm

O boş qalan otağıva

Necə girim, gəlmir üzüm.

Dur ayağa, Qasim, oyan

Məzarın üstə gəlmişəm.

Mən olmuşam zəlil üsdə

Haram var ki, hara gedim?

Əzalıdı bibim Zeynəb

Şəhid olub atam, əmim

Ya dur ayağa, ya şad olum,

Ya da ki, yanuva gəlim.

Dur ayağa, Qasim, oyan.

Məzarın üsdə gəlmişəm.



Özün eylə şəfaəti.

Dura ayağa, Qasim, oyan.

Məzarın üsdə gəlmişəm.

Yığdı bir xiyməyə ki, kim nə vaxtdı döyüşə gedəcəyi olara tapşırdılar. Balaca Qasimin on dört yaşı var idi. Evin kün­cündə əyləşib olara qulaq asırdı. Gördü hamısına tapşırığ verdi. Heç əmisi ona tağşırığ vermədi. Bunun elə qəlbinə dəydi ki, dedi:

– Mənim də atam burda olsaydı, dünyadan köçməsəydi, mənim də atamın sözü burda olardı. Durdu getdi ağlıya-ağlıya anasının hüzruna.

Qulaq asun, qulaq asannın danışandan savabı çoxdu. Bəl­kə danışanın səhvi ola, amma qulaq asanın savabı həd­din­dən çox ola.

Anası dedi:

– Oğul, niyə ağlıyırsan?

Dedi:

– Mənim də atam sağ olseydi, əmim mənə sabahkı meydanə getməyə izn verərdi.

Getmək istəyirdi əmisinin qənşərinə. Şəhid olmağ isdə­yirdi, anası dinmədi. Durdu yavaş-yavaş sandığı açdı bir na­mə, bir bazubənd çıxartdı. Bazubənd qolbağ idi, namə də onun üsdündə idi. Dedi:

– Oğul, apar ver əminə. Əmin oxuyacaq o naməyə nə yazılmışdı. Onda əmin meydanə izin verər.

Namədə nə yazılmışdı. Atam Həsən öz dəsti-xətti ilə ya­zıb peçatın vurmuşdu. Qardaş, mənə qismət olmadı sənin qən­şərində şəhid olmağ. Oğlum Abdullahnan İmam Cənabi Qa­simi sənə qurban verirəm. O şərtnən ki, qızın Fatiməni əmisi oğluna ərə verəsən.

Aldı naməni sevinə-sevinə getdi İmam Hüseynin qən­şərinə. İmam qardaşının yazdığı naməni oxudu, gözünün ya­şı­nı tökdü. Dedi:

– Oğul, sabah gedərsən, sənin məqamun gələndə izin verəcəyəm.

Çağırdı bacısı Zeynəbi, dedi:

– Qəmkarım bacı, get Fatiməyə deyinən ki, babun onu ərə verir əmin oğluna. Qanlı Əli Əkbərin qanlı köynəhləri. Cə­nabi Qasimə toy eyləsin.

Vəsiyyətnaməyə əməl eylədi. Bəli, vəsiyyət ölmür, ki­min qabiliyyəti var o vəsiyyətə əməl eliyir, kimin qabiliyyəti çatmır, o vəsiyyətə əməl eyləmir.

Elə ki Zeynəb dedi:

– Bacın ölsün qardaş, mən əli-üzü qanlı necə gedim de­yim Fatiməyə.

Getdi elə ki, Zeynəb yaxınlaşanda nə gördü. Fatimə ox­şuyib, ağlıyır. Heç boyuna toy libası biçilməyən qardaş.
Əli Əkbərin toy xınası yaxılmayan,

Toy otağına girməyən Əli Əkbərim, laylay.

Kaş mən hələ heçnə bilməyəydim

Ağlama, balam, ağlama.

Çəkmişəm onu, qızım, ağlama.

Kaş ki, heç nə bacarmayaydım.

Kaş ki, mən heçnə bilməyəydim.

Allah bizə şüur verdi, dərrakə verdi. Əyağımız yerdə oldu, başımız ğöydə. Gör başımızla yeriyə bilirik? Xeyr, ye­riyə bilmirüy. Allah bizə iki gözəl əyağ verib, görən gözəl göz­lər verib, yeməyə necə gözəl agız verib. Amma agzımıza neçə pərdə çəkib ki, dilimizə yiyə durmaq üçün.
* * *

Dərdimi diyərəm sənin kimi aslana mən,

Nə məni yoxluyub tapan var,

Nə dərdimə qatdaşan var.

Nə ağzımnan sözümün qiymətinə qiymət verən var.

Qalmışam astara-astara mən.
Yox, aşıx, dağ aranı

Aran yaylax, dağ aranı.

Kəsibdi dağ aranı.
Yox, aşıx, kimi göndərim,

Tar çalana simi göndərim.

Ay şəhidlər, axtarıram, tapa bilmirım,

Yerində bir nişanə, ay qardaş!

Sənə mən kimi göndərim?

Əziziyəm, üsdümə gəl,

Bu dərdləri deyirəm, yanıram, tüsdümə gəl.

Səni sağlığımda tapa bilmədim,

Sənnən görüşə bilmədim,

İndi ölürəm, qəbrimin üsdünə gəl.
Xəbər eyləyin babama,

Ölürəm həraya gəlsin.

Məni saldılar atdan,

Ölürəm, həraya gəlsin.

Ölürəm, əlaçı yoxdu,

Məni saldılar atdan,

Ölürəm, həraya gəlsin.

Bu qədər yarayə gəlsin,
Xəbər eləyin anama,

Başına qaranı salsın.

Desin, öldü oğlum nakam,

Hamı bu əzaya gəlsin.

Hamı bu əzaya gəlsin.
Əli Əkbərin sədası yetişəndə xiyməgaha

Deyibən, oğul, vay səsi,

Yayılıb bütün cahanə.

Dedi, hanı Əkbər oğlum,

Səsi bu sədaya gəlsün.

Səsi bu sədaya gəlsün..

Dolanırdı qətli,

Çağırırdı Əkbərim.

Nə görübdü parə-parə,

Bilirəm əlacı yoxdu.

Bu qədər yarə

Bədənim mümkün olsa,

Çoxdu yara bədənimdə.

Bürüyübdü cismimi qan.

Neçə baxam yarayə mən

Cigərim yanır susuzdan.

Dözə bilmirəm.

Bu başım cüdaya gəlsün,

Bu başım cüdaya gəlsün.
Əli Əkbər başı dizim üsdə,

Gözü al qaniylə dolmuş,

Həmi əldə qanlı xəncər,

Xəbər eyləyin anası gəlsin!

Baş açıb saçını yolsun.
* * *

Yavaş yeri Yavərim eyyyyy,

Şəbi hi peyqəmbərim.

Qədəm götürmə oğul eyyy,

Aman, Əli Əkbərim eyyyy,

Cavan Əli Əkbərim eyyyy.
* * *

Etməginən məni divanə, oğul,

Gəlginən, getməginən,

Bir belə meydanə, oğul,

Umudum sənsən Əli,

Heç kəsə gəlmir gümanım,

Qorxuram öldürələr,

Çoxdu bu çöldə yabanım,

Toz qonar zülflərüvə,

Ey Əli Əkbər, cavanım.

Gəl otur zülflərüvə,

Bircə çəkim şanə, oğul.
Gecələr sübhə kimi yatmamışam,

Sənin o gül üzüvə,

Heç doyunca baxmamışam.

Sənə toy eyləmiyib,

Əlimə həna yaxmamışam.

Necə mən tab edərəm,

Bu qəmə, hicranə, oğul.
Sən yeri qəmzə ilə,

Mən boyuva bircə baxım,

Sənə toy eyləmədim,

Qaldı ürəgimdə ahım.

Baxıram hər tərəfə,

Sel kimi əşqlər görürəm,

Sən mənim nazlı balam,

Dərdin əlinnən ölürəm.

Meydana getsön əgər,

Mən də daluncan gəlirəm.
Düşərəm ahu kimi,

Kuhi, biyabanə, oğul.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin