Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə172/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   168   169   170   171   172   173   174   175   ...   189

Sülhü bərpa edən yalan



Bi padşah qəzəblənib bi cavanı gətirdi ki, boğazinə ip keçürtsünlər. O cavan ağzinə gələni padşaha və namusinə de­di. Şah da eşidirdi. Soruşdi birinci vəzirindən:

Birinci vəzir, o cavən nə dedi?

Vəzir deyir:

Şah sağ olsun, sənə öz təşəkkürünü bildirir. Diyir ki, sağ olsun padşah, mənim bu cəzayə, boğazdan asılmayə lə­yaqətim var.

Şah dedi:

– İkinci vəzir, bu birinci vəzir düz diyir?

Dedi:

– Şah sağ olsun. Siz özüz də eşidirdiz, bu cavan sizin namusizə qədər söydi.

Şah dedi:

– İpi gətirün, keçirdün ikinci vəzirin boyninə. Qoy ca­van azad olsun! Xoş olsun o şəxsə ki, yalan danışər, sülhü bər­pa eylər. Vay olsun o şəxsə düz danışər, fitnə-fəsadı ar­tırar!



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin