Bi gün yenə Fatimə evdə tək imiş, atası evdə yoxdu. Qonşu gəlib. Nə bilsin nə qonşudu, nə yolun quludu. Gəlib evə. Deeb ki:
– Mən sənin atovun yanına gəlmişəm, günah işdədmişəm.
Bilmeyib heç nə günahdu.
Deyib:
– Atam evdə yoxdu, get, gələnnən sora gələrsən.
Bı arvad çıxıb gedib, bu qız bunun həyətdə olan bütün addım izlərini təmizdiyib ki, atam gəlib bunun günahkar ləpirinin üstünnən keçməsin. Peyğəmbər gəlib evə, deeb:
– Qızım, bu nədü həyəti belə qazıbsan?
Deeb:
– Ya ata, bi dənə günahkar qadın gəlmişdi, bilmədim nə günah eliyib, mən istəmədim sən onun günahkar ləpirrərinin üstiynən gedəsən. Mən elə bildim ki o, sübh namazını qəza verən arvad olubdu.
Günahların ən böyüyü, sübh namazın qəzaya verməkdi. Sübh namazı vaxtı nə istəsön, diləyün hasil olar. O vaxtı su da yatır, amma imamlarımız, bizi eşidir, yatmır. Hər nə dilək istəsən, onnar onu eşidər.