Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə164/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   160   161   162   163   164   165   166   167   ...   189

Haqqını halal eləmirsən?



Bi övlad ata-anasın çox incidərmiş. Bi gün olur ata-ana Peyğəmbər Əleyhisalamın yanına gəlirlər ki:

Ya Peyğəmbər, bu uşağ can verir, ancağ canın tapşıra bilmir ki, bilmir. Gecədən can verir, sübh namazıdı, bu canını tapşıra bilmir.

Peyğəmbər durur, gəlir, baxır görür ki, həqiqətən oğlan canını tapşıra bilmir.

Diyir:

– Hardadı bunun anası?

Diyirlər:

– İçəri gəlmir, çöldədi.

Diyir:

– Çağırın onun anasın gəlsin içəri.

Qadın gəlir içəri.

Peyğəmbər diyir ki:

Sənin oğlundu, Allah dərgahına qovuşa bilmir.

Diyir:

– Hə.

Diyir:

– Bu sənə neyniyib?

Diyir:

– O, məni o qədər döyüb, o qədər mənə nəlayiğ sözlər deyib, o qədər məni incidib ona görə o, canın tapşıra bilmir.

Diyir:

– Haqqını halal eləmirsən?

Diyir:

– Yox, eləmirəm.

Diyir:

– Gəlin onda bu oğlanı o ananı nə qədər döyübsə eblə döyək. Nə qədər pis söz deyibsə, eblə söz deyək.

Ana gəlir əlini qoyur oğlunun alnına diyir:

– Yox, mən qıymaram ki, ona bu qədər əzab-əziyyət verilsin.

Elə həmən dəmdə də Allah-taala onu öz dərgahına qovuşdurur.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin