Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə167/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   163   164   165   166   167   168   169   170   ...   189
    Bu səhifədəki naviqasiya:
  • İcazə

Çarvadar



Dənbəlov dağının üstündə, indiki Dənbəlov kəndindən bir az yuxarı bir kənd var imiş. Keçmişdə orda bir çarvadar olur, onun adı Siyab imiş. Onun varı-yoxu bir dənə qara ökü­zü var imiş. Siyab dağ kəndləri ilə Qala bazarını arasında çar­va­darlıq eliyərmiş. Arvadının adı Mərcan imiş. Onların iki xır­da oğlu və bir dənə də istədiyin kimi canlara dəyən 8 ya­şında Ceyran adlı nazlı, şirin dilli bir qızı var imiş.

Bir dəfə qışda evdən zumharı azalır. Uşaqlar yemək sarıdan korruq çəkməyə başlayır.

Bu, Siyaba ildırım kimi zərər eyləyirdi. Onların kən­din­də bir də Eyvaz kişi var idi. O varlı idi. Əlinin altında nökər-naib işlədərdi.

Siyab onun işində az işləməmişdi. O elə zənn eləyirdi ki, Eyvaz kişi onları yaddan çıxarmayıb. Siyab qalxıb Eyvaz kişinin yanına borca gedir. Bir az vaxtdan sonra borcu qay­ta­racağına and içir. Eyvaz kişi onu rədd eyləyir. Siyab borcun əvəzində istədiyi işi görməyə razı olduğunu bildirir. Eyvaz bu­na da razı olmayır. Siyab ordan kor-peşman qayıdır. O gü­nü bərk qar yağırmış. Oğatı təlx bir halda öküzü damdan çı­xarıb yol hazırlamağa başlayır. Buna görə Mərcan xırdacağla qucağında təəccüblə ərinin qabağını kəsir:

Ay kişi, dəli zad olmamısan ki, belə bir havada da yola düşmək olar? Hələ bu gün-sabah birtəhər dolanarıq. Az­ca urfalıq unumuz var. Ondan sonra Allah özü kərimdir. Sən Allah, yola çıxma, deyir.

Siyab ona mane olmaq istəyən Mərcanı itələyir. Mərcan qapı yanına çəkilib ağlayır. Siyab bunu görür. Ovqatı bir də təlx olur, hərəkətindən peşman olur. Mərcana sarı gedir. Uşa­ğı onun qucağından alır, öpür, Mərcanın yanında dayanan xırda oğlunu da öpür.

Bu zaman nazlı Ceyran da kümənin qapısında görünür. Siyab qucağındakı uşağı anasına verərək bu dəfə Ceyranı bərk-bərk qucaqlayıb öpür. Bu vaxt göydən qarlar lapar-lapar yerə ələkdən tabağa un tökülən kimi tökülürmüş. Siyab xur­cu­nu öküzün dalına alıb dirək dibindən ağacını alır. Öküzü qabağına salır.

Bir su içimdə yağan qarların dalında gözdən itərək qa­yadan tökülür. Bu zaman Mərcan gözlərinin yaşını silərək ağ­layan uşaqlarını ovundurmağa başlayır.

Xülasə Siyab gəlib Qala bazarına çatır. Orda bir-iki gün gəzir. Dağa gedəsi yük axtarır. Orda yük tapa bilməyir və lən­gidiyinə görə çox darıxır.

Axırda bir alverçinin dağ kəndlərinin birinə gedəsi yü­kü­nü əlacsızlıqdan ucuz qiymətə aparmağa razı olur. Yük sahi­bin­­dən Siyab bu başda kirayənin yarısını istəyir. Yük sa­hi­bi isə kira­yənin bir qədərini verib qalanını o başda verə­cə­yi­ni söy­ləyir. Siyab aldığı pula un alıb xurcunu doldurur. Bir az da çö­rək alıb öküzü yüklədikdən sonra dağa yola düşür. Yük çox olur. Öküz ayağı ağır olur. Bir az gedəndən sonra dağlara çat­ha­çatda gün lap əyilir, hava qaralır. Öküz yorulur. Siyab özü də yo­rulur. Yoxuş onların ayaqlarının altında hey uzanır qurtarmır.

Yorğun öküz yoxuşu yıxıla-yıxıla qalxır. Siyab özü də yükün bir tərəfindən tutub yükü qalxızmaqla öküzünə kömək eləyirmiş. Yoxuş uzandıqca Siyab gildə çətinliyə düşürmüş. Si­yab öküzü hayladıqca oxuyub dolu ürəyini boşaldırmış.

İndi görək Siyab oxuyub öküzünü necə haylayırmış:

Ağır dağdır Dənbəlov

Qalx öküzüm, ho-ha-ho
Bir az da güc vur

Bizi yel qovur,

Əllərim dovur

Qalx öküzüm, ho-ha-ho.
Yükün ağırdır

Səni ağrıdır?

Yiyən fağırdır

Qalx öküzüm, ho-ha-ho.
Budur əhdimiz?

Qara baxtımız

Kasıb taxtımız

Qalx öküzüm, ho-ha-ho.
Belədir dövran

Ölər hər zaman

Fələkdən uman,

Qalx öküzüm, ho-ha-ho.
On ildir tamam

Mən səhər axşam

Sənə yoldaşam

Qalx öküzüm, ho-ha-ho
Rəhm elə mənə

Görək bir genə

Axırımız nə

Qalx öküzüm, ho-ha-ho
Ev yalavacdır

Uşaqlar acdır

Bizə umacdır

Qalx öküzüm, ho-ha-ho.
Qalıb nigaran,

Qara göz ceyran

Tez ol ay aman

Qalx öküzüm, ho-ha-ho

Ağır dağdır Dənbəlov.

Xilasa, ağır əziyyətlərlə Siyab gecə yarı kirayo ilə apar­dığı yükü Zenonu kəndinə gətirir. Yükü orda boşaltdıqdan sonra yorğunluğuna baxmayaraq evlərinə qayıdir. Şiddətli külək əsirmiş, öküzün üstündə xırda unla dolu bir xurcun özü də öküzün dalınca yeriyirmiş. Səhərə yaxın gəlib qapılarına çatır. Öküzü küməyə salıb əlində un xurcunu qapını döyür. Mərcan qapını açır və ərini görcək ağlamağa başlayır.

– Arvad, yenə nə olub, budur un gətirmişəm, dediydə:

– Qaragöz Ceyranın öldü. – Mərcan demiş.

Benava Siyabın əlindən un xurcunu ordaca sürüşüb düş­müş. Siyabın can-dildən sevdiyi qaragöz Ceyran qızı acından ölmüş. Siyabın göz yaşları onun yorğunluqdan sonra istirahəti olmuş.

Bəli, oğlum, keçmişdə yoxsul dağlıların yaşayışı belə keçirdi.

İcazə



Bi gün Fatimeyi Zəhra atasınnan soruşur:

– Ya ata, birinci cənnətə kim girəcək?

Deer:

– Qonşunun arvadı.

Deer:

– Necə yəni, mən on bir uşağ anası ola-ola, iki dünyanın xanımı, Məhəmməd peyğəmbərin qızı, mən qala-qala qon­şu­nun arvadı gedəcək cənnətə?

Deer:

– Bəli, gedib öz gözünnən görərsən.

Səhər olur, Fatimə gedir qonşunun evinə. Qapını döyür, qonşu qapını açmır. Açır ha, belə qlazokdan baxır. Görür ki, Fatimədi.

Deer:

Ya Fatimə, xeyir ola?

Deer:

– Mən gəlmişəm sənin haluna, əhvaluna dəyəm.

Deer:

– Yox, mən ərimnən icazə almamışam, qapını aça bil­mərəm. Get, sabah gələrsən.

Bu çıxıb gedir. Səhər İmam Hüseyni də götürür, yenə də gəlir. Arvad baxır görür bılar iki nəfərdi.

Deer:

– Ya Fatimə, mən sənin icazəvü almışam, sənin uşağı­vun icazəsini almamışam. Get, onun da icazəsini alaram, sa­bah gələrsən.

Fatimə ginə qayıdır, ginə gəlir, bu dəfə İmam Həsəni də gətirir. Ginə bı baxır görür yox, mən üçünün icazəsini alma­mışam.

Yenə də bunu qaytarır, gəlir. Səhər gəlirlər, bunnarın üçünü də bi yerdə qəbul eliyir. Deer ki, hə, gəl. Görür ki, ar­vad oturub, günün altında. O vaxtı yun əyirərdilər. Yun əyirir, bi dənə də çubuq qoyub yanına. Bi qab su qoyub yanına, beblə də çörək.

Deer:

– Ay arvad, sən niyə bu kölgəni qoyub bu günün altında oturubsan? Bu quru çörəy nədü, bi cam su nədi?

Deer:

– Sən bilmirsən, mənim ərim, çöldə, günün altındadır, gün başına döyür. Biy az quru çörəy götürüb bi qab da su. O çörəynən, o suynan axşamı eliyir, mənçin çörək qazanır. Qo­yun otarır. Mən kölgədə oturub, nani-xuruş yesəm, Allah mə­nə qənim olar. Ona görə də mən, belə eliyirəm.

Fatimə gəlir evə, deer:

– Ateyi-mehriban, ya ata, sən elə düz demişsənmiş. Cən­nətə birinci həmin arvad gedəcək.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin