Dənbəlov dağının üstündə, indiki Dənbəlov kəndindən bir az yuxarı bir kənd var imiş. Keçmişdə orda bir çarvadar olur, onun adı Siyab imiş. Onun varı-yoxu bir dənə qara öküzü var imiş. Siyab dağ kəndləri ilə Qala bazarını arasında çarvadarlıq eliyərmiş. Arvadının adı Mərcan imiş. Onların iki xırda oğlu və bir dənə də istədiyin kimi canlara dəyən 8 yaşında Ceyran adlı nazlı, şirin dilli bir qızı var imiş.
Bir dəfə qışda evdən zumharı azalır. Uşaqlar yemək sarıdan korruq çəkməyə başlayır.
Bu, Siyaba ildırım kimi zərər eyləyirdi. Onların kəndində bir də Eyvaz kişi var idi. O varlı idi. Əlinin altında nökər-naib işlədərdi.
Siyab onun işində az işləməmişdi. O elə zənn eləyirdi ki, Eyvaz kişi onları yaddan çıxarmayıb. Siyab qalxıb Eyvaz kişinin yanına borca gedir. Bir az vaxtdan sonra borcu qaytaracağına and içir. Eyvaz kişi onu rədd eyləyir. Siyab borcun əvəzində istədiyi işi görməyə razı olduğunu bildirir. Eyvaz buna da razı olmayır. Siyab ordan kor-peşman qayıdır. O günü bərk qar yağırmış. Oğatı təlx bir halda öküzü damdan çıxarıb yol hazırlamağa başlayır. Buna görəMərcan xırdacağla qucağında təəccüblə ərinin qabağını kəsir:
– Ay kişi, dəli zad olmamısan ki, belə bir havada da yoladüşmək olar? Hələ bu gün-sabah birtəhər dolanarıq. Azca urfalıq unumuz var. Ondan sonra Allah özü kərimdir. SənAllah, yola çıxma, deyir.
Siyab ona mane olmaq istəyən Mərcanı itələyir. Mərcan qapı yanına çəkilib ağlayır. Siyab bunu görür. Ovqatıbir də təlx olur, hərəkətindən peşman olur. Mərcana sarıgedir. Uşağı onun qucağından alır, öpür, Mərcanın yanındadayanan xırda oğlunu da öpür.
Bu zaman nazlı Ceyran da kümənin qapısında görünür. Siyab qucağındakı uşağı anasına verərək bu dəfə Ceyranı bərk-bərk qucaqlayıb öpür. Bu vaxt göydən qarlar lapar-lapar yerə ələkdən tabağa un tökülən kimi tökülürmüş. Siyab xurcunu öküzün dalına alıb dirək dibindən ağacını alır. Öküzü qabağına salır.
Bir su içimdə yağan qarların dalında gözdən itərək qayadan tökülür. Bu zaman Mərcan gözlərinin yaşını silərək ağlayan uşaqlarını ovundurmağa başlayır.
Xülasə Siyab gəlib Qala bazarına çatır. Orda bir-iki gün gəzir. Dağa gedəsi yük axtarır. Orda yük tapa bilməyir və ləngidiyinə görə çox darıxır.
Axırda biralverçinin dağ kəndlərinin birinə gedəsiyükünü əlacsızlıqdan ucuz qiymətə aparmağa razı olur.Yük sahibindən Siyab bu başda kirayənin yarısını istəyir. Yük sahibi isə kirayənin bir qədərini verib qalanını o başdaverəcəyini söyləyir. Siyab aldığı pula un alıb xurcunudoldurur. Bir az da çörək alıb öküzü yüklədikdən sonradağa yola düşür. Yük çox olur. Öküz ayağı ağır olur. Bir az gedəndən sonra dağlara çathaçatda gün lap əyilir, hava qaralır. Öküz yorulur. Siyab özü də yorulur. Yoxuş onların ayaqlarının altında hey uzanır qurtarmır.
Yorğun öküz yoxuşu yıxıla-yıxıla qalxır. Siyab özü də yükün bir tərəfindən tutub yükü qalxızmaqla öküzünə kömək eləyirmiş. Yoxuş uzandıqca Siyab gildə çətinliyə düşürmüş. Siyab öküzü hayladıqca oxuyub dolu ürəyini boşaldırmış.
İndi görək Siyab oxuyub öküzünü necə haylayırmış:
Ağır dağdır Dənbəlov
Qalx öküzüm, ho-ha-ho Bir az da güc vur
Bizi yel qovur,
Əllərim dovur
Qalx öküzüm, ho-ha-ho. Yükün ağırdır
Səni ağrıdır?
Yiyən fağırdır
Qalx öküzüm, ho-ha-ho. Budur əhdimiz?
Qara baxtımız
Kasıb taxtımız
Qalx öküzüm, ho-ha-ho. Belədir dövran
Ölər hər zaman
Fələkdən uman,
Qalx öküzüm, ho-ha-ho. On ildir tamam
Mən səhər axşam
Sənə yoldaşam
Qalx öküzüm, ho-ha-ho Rəhm elə mənə
Görək bir genə
Axırımız nə
Qalx öküzüm, ho-ha-ho Ev yalavacdır
Uşaqlar acdır
Bizə umacdır
Qalx öküzüm, ho-ha-ho. Qalıb nigaran,
Qara göz ceyran
Tez ol ay aman
Qalx öküzüm, ho-ha-ho
Ağır dağdır Dənbəlov.
Xilasa, ağır əziyyətlərlə Siyab gecə yarı kirayo iləapardığı yükü Zenonu kəndinə gətirir. Yükü orda boşaltdıqdan sonra yorğunluğuna baxmayaraq evlərinə qayıdir. Şiddətli külək əsirmiş, öküzün üstündə xırda unla dolu bir xurcun özü də öküzün dalınca yeriyirmiş. Səhərə yaxın gəlib qapılarına çatır. Öküzü küməyə salıb əlində un xurcunu qapını döyür. Mərcan qapını açır və ərini görcək ağlamağa başlayır.
– Arvad, yenə nə olub, budur un gətirmişəm, dediydə:
– Qaragöz Ceyranın öldü. – Mərcan demiş.
Benava Siyabın əlindən un xurcunu ordaca sürüşüb düşmüş. Siyabın can-dildən sevdiyi qaragöz Ceyran qızı acından ölmüş. Siyabın göz yaşları onun yorğunluqdan sonra istirahəti olmuş.
Bəli, oğlum, keçmişdə yoxsul dağlıların yaşayışı belə keçirdi.
İcazə
Bi gün Fatimeyi Zəhra atasınnan soruşur:
– Ya ata, birinci cənnətə kim girəcək?
Deer:
– Qonşunun arvadı.
Deer:
– Necə yəni, mən on bir uşağ anası ola-ola, iki dünyanın xanımı, Məhəmməd peyğəmbərin qızı, mən qala-qala qonşunun arvadı gedəcək cənnətə?
Deer:
– Bəli, gedib öz gözünnən görərsən.
Səhər olur, Fatimə gedir qonşunun evinə. Qapını döyür, qonşu qapını açmır. Açır ha, belə qlazokdan baxır. Görür ki, Fatimədi.
Deer:
– Ya Fatimə, xeyir ola?
Deer:
– Mən gəlmişəm sənin haluna, əhvaluna dəyəm.
Deer:
– Yox, mən ərimnən icazə almamışam, qapını aça bilmərəm. Get, sabah gələrsən.
Bu çıxıb gedir. Səhər İmam Hüseyni də götürür, yenə də gəlir. Arvad baxır görür bılar iki nəfərdi.
Deer:
– Ya Fatimə, mən sənin icazəvü almışam, sənin uşağıvun icazəsini almamışam. Get, onun da icazəsini alaram, sabah gələrsən.
Fatimə ginə qayıdır, ginə gəlir, bu dəfə İmam Həsəni də gətirir. Ginə bı baxır görür yox, mən üçünün icazəsini almamışam.
Yenə də bunu qaytarır, gəlir. Səhər gəlirlər, bunnarın üçünü də bi yerdə qəbul eliyir. Deer ki, hə, gəl. Görür ki, arvad oturub, günün altında. O vaxtı yun əyirərdilər. Yun əyirir, bi dənə də çubuq qoyub yanına. Bi qab su qoyub yanına, beblə də çörək.
Deer:
– Ay arvad, sən niyə bu kölgəni qoyub bu günün altında oturubsan? Bu quru çörəy nədü, bi cam su nədi?
Deer:
– Sən bilmirsən, mənim ərim, çöldə, günün altındadır, gün başına döyür. Biy az quru çörəy götürüb bi qab da su. O çörəynən, o suynan axşamı eliyir, mənçin çörək qazanır. Qoyun otarır. Mən kölgədə oturub, nani-xuruş yesəm, Allah mənə qənim olar. Ona görə də mən, belə eliyirəm.
Fatimə gəlir evə, deer:
– Ateyi-mehriban, ya ata, sən elə düz demişsənmiş. Cənnətə birinci həmin arvad gedəcək.