Masalli folkloru 2


Dəli qızla, ağılsız oğlan



Yüklə 1,65 Mb.
səhifə34/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   30   31   32   33   34   35   36   37   ...   189

İç eləmə



Biri səfərə gedir. Bir müddətdən sora qayıdır, görür ev­də uşaq var. Axşam olur, səhər olur uşaqlar bir yerə getmirlər. Kişi elə bilir uşaqlar qohum-qonşunundur. Günorta vaxtı uşağın kiçiyi ağlayır:

– Ay məə, mənə pəpə.

Arvad bir əlcə çörəknən bir qatığı qoyur Həsənin qaba­ğına. Balaca Həsən də qatığı yeyə-yeyə yaxır ağız-burnuna. Bu əsnada qeyrət damarcığı olan kişi özünü saxlaya bilmir:

– Arvad, xətrinə dəyməsin, bu nabalıqlar kimindi? Arvad, məsələn, bu yekə uşaq kimdi?

Fürsəti fövtə verməyən, ayağı sürüşkənliyini ört-basdır edən arvad belə deyir:

– Kişi, sən səfərə gedəndə bu uşaq boynumda idi.

Kişi deyir:

– Lap yaxşı.

Keçir ikinci uşağa:

– Bəs bu uşaq?

– Kişi, başın batsın, sən gedəndən sora sən o qədər yadı­ma düşdün, bu da həvəsdən boyuma düşdü.

Özünü saxlaya bilməyən kişi bağırır:

– Yaxşı bəs bu ?

Arvad əzilə-əzilə:

– Ay kişi, səni pir olasan, hirsini bas, sən ağzı qatıqlının canı, tay iç eləmə, özünü ələ al, dost-düşmən var.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin