Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə35/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

Tarı günü



Biri arvadnan yola getmirmiş, mənim kimi. Elə hey sa­va­şanda arvad deyərmiş, bura düşənnən heç Tarı günü görmə­mişəm. Günlərin bir günü əri bu sözdən bərk hirslənir. Arvadı ciyəyən aparır bağlayır al günün altına. Qora yetişən vaxtı imiş. Arvad ərinə yalvarır ki, bir də belə qələt eləmərəm, rəh­min gəlsin, day ürəyim bişdi. Əri yumşalmır ki, yumşalmır. Bu­nu bilən qovum-qonşu tökülür bura, soruşurlar ki, bu nə həngamədi?

Kişi deyir:

Həmişə vallah, iki söz bir olanda deyirdi ki, bu xara­baya düşəndən Tarı günü görməmişəm. Mən də onu həyətdə dirəyə bağladım ki, Tarının bu hal günündən ona dəysin, pis eləmişəm ki...


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin