Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə43/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   39   40   41   42   43   44   45   46   ...   189

Demişdim gəlib aparacaq, gördün apardı



Bi dəfə Qüdrət kişinin toyuqlarını tülkü aparır. Qovum – qonşunun arvadları sözü bir yerə quyub deyirlər ki, gedəyin Qüdrətin toyuqlarına başsağlığı verəyin. Yığışıb gəlirlər Qüd­rət kişigilə. Salam verib səf-səf otururlar. Biri deyir, hinin ağ­zını niyə örtməmişdinız, biri deyir, ları-ları xoruzdan olmazdı, yaxşı tumluq idi, biri deyir, çilçil toyuqdan bir də bu qapıya düşməz. Lap yaxın qonşusu Bikə keyvani Qüdrətə sataşır:

Ay Qüdrət, sən axı bu gün Sarıtopaya qədər tülkünün dalınca getmışdin, bə nə oldu?

Qüdrət görür ki, Bikə onu sarıyır, deyir:

– Bikə, canın haqqı həmin tülküyə demışəm gəlib sənin toyuqlarını da aparacaq.

Bu sözə Bikə xeyli gülür.

Qəzadan gecə tülkü Bikənin toyuqlarını aparır. Bikə tez­dən hüçüm çəkir Qüdrətgilə. Söyür-söylənir ki, sən doğrudan da deyibsən. Tülkü gəlib mənim toyuqlarımı apardı.

Qüdrət kişi zarafata salıb deyir:

– Gördün, ay Bikə, demişdim, gəlib aparacaq, gördün toyuqlarını necə apardı...

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin