Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə46/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   42   43   44   45   46   47   48   49   ...   189

Deynən mənə yun lazımdır



Bu əhvalat öz başıma gəlıb. 10 yaşım var idi. İndi olma­sın, qoyun saxlayardım. Yaz idi, şıdrığı qoyun qırxılırdı. Nə­nə­mə dedim ki, nənə, qoyunları qırxdırsan, bir yorğanlıq ona yun verəcəm. Mən yeznə Əzizağanı tapdım (hələlik yaşayır), razılaşdıq. Dedi ki, ancaq qırxılıq tap, səhər gələcəm. Səhə­rə­cən iki qırxılıq tapdım. Səhər doğrudan da yeznə gəldi. Əvvəl ərbəş ana qoyunun ayağını bağladıq. Əzizağa başladı qırx­ma­ğa. Qırxa bilmədiyindən qoyun oldu al qan, dedi, bu qırxı­lıq­lar kəsmir. Qaçdım İslam əmimgilə. Onun da o taydan gəlmə bir qırxılığı var idi, heç kimə verməzdi, mənə verdi. Gətirdim yeznə dedi ki, kəsmir. Ordan qaçdım Mahmud dayigilə ordan bir qırxılıq gətirdim, dedi, kəsmir. Qoyunun da ayaqları bağlı, ləhləyir. Xülasə, iki saat keçməzdi səkkiz qırxılıq yığdım kənddən elə dedi, bu kəsmir, bu kəsmir. Böyük qardaşım var idi, ögey idi, bir az da nənəmnən arası sərin idi.

Qonşu idik, bu mənzərəni görürdü. Qoyuna, həm də mə­nə yazığlığı gəlib mənim qoyunlarımı qırxdı və ona dedi:

– Ay zalım oğlu, deynən mənə yun lazımdır, day bu sağırın niyə bağrın çatladırsan.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin