Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə40/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   36   37   38   39   40   41   42   43   ...   189

Hacı uşaqdır



Ata-anası olmadığından Hacı əmisinin himəyəsində ya­şayarmış. Onun işini-gücünü görüb ordan dolanarmış. Özü­nü tanıyıb dəkkəlləşən Hacı bir gün əmisi arvadına deyir ki, əmi­mə de, icazə versin evlənmək istəyirəm. Arvad bu sözü de­yən­də əmisinin ovqatı bərk təlx olur ki, Hacı evlənsə, ayrıla bilər, onun işləri pozular. Etiraz edib deyir:

– Hacı hələ uşaqdı, arvad saxlaya bilməz.

Hacı bu sözü eşidəndə heç bir şey demir. Səhərisi günü əmisi bir dolu araba odun gətizdirir tökür həyətə, başlayır bal­ta­nı çarxa verməyə, Hacını çağırtdırıb deyir:

– Hacı, görürsən, bu gün-sabah qış qapını kəsdirəcək, odun yarmaq lazımdır. Baltanı da ülgüc kimi itləmişəm.

Hacı baltanın o tərəf bu tərəfinə baxıb atır yerə və deyir:

– Əmi, Hacı uşaqdır, odun yara bilməz.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin