səhifə 89/189 tarix 02.01.2022 ölçüsü 1,65 Mb. #2296
Pişiklə “zakuska”
Ənnağı dostları ilə toyda yemək yeyirmiş. Arağı içib, hərə bir şeylə “zakuska” edir. Ənnağı yanındakı pişiyi qaldırıb, burnuna yaxınlaşdıraraq “zakuska” edir.
Məktəbdə oxuyarkən sinif yoldaşı Ənnağıya deyir:
– Dünən Səlim müəllim mənə dedi ki , ürəyimdə bir arzum var , sən rus dilində 2 bənd şeyir əzbərləyəsən.
Səlim müəllimdən onsuz da yanıqlı olan Ənnağı bir ağızdan deyir:
– Öyrənmə, qoy arzusu qalsın ürəyində...
Qəbul imtahanı verən boradigahlı cavanlardan biri şəhərdə Ənnağıya rast gəlir. Ənnağı oğlanlardan imtahanlar barədə soruşur.
Oğlan 3 imtahan verib , təkcə sonuncu imtahanın qaldığını söyləyir. Ənnağı isə gözlənilməz bir cavab verir.
– Darıxma, bala, o qədər axırıncı imtahandan kəsilən olub ki...
Deyilənə görə, oğlan həqiqətən də sonuncu imtahandan kəsilib.
Dostları ilə paylaş: