Ənnağının dostlarından biri vağzalda qatarın altına düşür, qolu dirsəkdən üzülür. Onun kəsik qolunu kamal-ədəblə dəfn edirlər. Öz qolunun dəfnində iştirak edən dostuna Ənnağı təsəlli və “başsağlığı” verir.
Ənnağının səsi səhər tezdən çayxananı başına götürür.
– Adə, sən öləsən, bu balıq nə yaman şeymiş... Axşam balıq yeyəndən sonra qəzeti eynəksiz oxudum. Selpo sədri ilə baş buxalter qəzeti lap daldan oxuyarlar ki, nöşün ki, gündə balıq yeyirlər.