Ənnağı hər axşam kefli gəlir. Tez-tez “yüz qram” eşidib, bu sözdən gözü qorxan qoca və avam anası onun badə dostlarından birini tutub deyir:
– A bala, cəhənnəm, ona 1 litr, 2 litr araq verin, yüz qram verməyin də...
Məscidə dəymə Ənnağı kolxozu yeyib talayan sədrə deyir:
– Nə yemisən, nə dağıtmısan, halal xoşun olsun. Ancaq xahişim var: Məscidin suvallarına dəymə, əvəzinə mənim evimin suvallarını apararsan.
Futbolla maraqlanıram Ənnağıdan soruşurlar:
– Kasparov udacaq, yoxsa Karpov?
O deyir:
– Futbolla maraqlanıram.
Gülümüz olsa Qonşu qadın Ənnağıgilə gəlib, onun arvadından qab yumaq üçün bir az kül istəyir. Ənnağı da evdəymiş. O, burda da zarafatından qalmır.
– Qonşu, külümüz olsa, öz başımıza tökərik də...
Şalvar əhvalatı Günlərin bir günü Molla Müştəba dərziyə gəlir. Dərzi mərhum Molla Zülfü orada olmadığından onun yerində oturur. Elə bu dəm Məmmədəli kişi əlində kağız bağlaması içəri girir, dərzi Zülfünü soruşur. Müştəba bildirir ki, dərzi hələlik yoxdur, xahişin nədir? Məmmədəli kişi qayıdır ki, şalvar tikdirmək istəyirəm.
Söz Məmmədəlinin ağlına batır. Molla Müştəbi ölçünü əlinə alır, içəridəkilərə də göz vurur ki, səs salmayın, görün bunun başına nə oyun gətirəcəyəm. Əvvəlcə Məmmədəlinin başını ölçür, ustanın dəftərində qeyd edir. İkinci dəfə ölçünü Məmmədəlinin qulağının dibindən topuğuna sarı gətirəndə içəridəkilər qəh-qəh çəkib gülürlər. Məmmədəli kişi sanki yuxudan ayılır. Onu ələ saldıqlarını başa düşür, özü də ürəkdən gülməyə başlayır. Bundan sonra Molla Müştəba Məmmədəliyə bu hadisə ilə bağlı nəzm yazır: