Söyləyicilər:
Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7 illik, Musaküçə kəndi
Musarza Mirzəyev, doğum tarixi 1958, təhsili ali, Mahmudavar kəndi
Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi
Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixtisas, Xırmandalı kəndi
Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7 illik, Şərəfə kəndi
Rübabə Məmmədova, doğum tarixi 1908, təhsili 7 illik, Köhnə Alvadı kəndi
Toplayıcılar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
Vüsalə Kərimova
19. ÇOBAN NƏĞMƏLƏRİ
Aşığ:
Sənə qurban olum gül üzlü çoban,
Sənə qismət olsun çöllü-biyaban.
Ayağım yalındı, çörəyim yavan,
Çoban qardaş, mənə bir doğramac ver.
Çoban görək cavabında nə deyir buna:
Sənə qurban olum yolnan gedən aşığ,
Könlüm olubdur könülə sarmaşığ.
Nə camım yoxdu, nə qaşığım,
Bi cam yondur mənə, bi də qaşığ.
Alabaş şişək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı bol elə,
Çobannan barış, qoyun.
Nənəm ay kürdü qoyun,
Otdadı, durdu qoyun.
Qarannığ gecələrdə,
Görürdü qurdu qoyun.
Nənəm, ay narınc qoyun,
Yunu bi qarış qoyun.
Sən tükünü bol eylə,
Çobannan barış, qoyun.
Dostları ilə paylaş: |