147.Göstərilənlərdən hansılar metalların mexaniki xassələrinə aiddir ?
A) bərklik, zərbə özüllüyü
B) qazudma, tökmə C) xətti genişlənmə, sıxlıq
D) həcmi genişlənmə, likvasiya E) gərginlik, ərimə temperaturu
148. Göstərilənlərdən hansılar metalların mexaniki xassələrinə aiddeyildir ?
A) döyüləbilmə
B) zərbə özüllüyü C) plastiklik D) möhkəmlik E) bərklik
149. Plastiklik hansı kəmiyyətlərlə xarakterizə olunur?
A) nisbi uzanma və nisbi daralma
B) xətti və həcmi genişlənmə
C) nisbi döyülmə və nisbi deformasiya
D) gərginlık və dartılma diaqramı
E) elastiki və plastiki deformasiya
150.Göstərilənlər hansılar metalların istismar xassələrinə aid edilir ?
A) korroziyaya davamlılıq, odadavamlılıq
B) etibarlılıq C) uzunömürlülük
D) yorulmayadavamlılıq E) bərklik
151. Göstərilənlər hansılar metalların istismar xassələrinə aid deyildir ?
A) termiki yorğunluq
B) korroziyaya davamlılıq C) odadavamlılıq
D) odadözümlülük E) soyuğadavamlılıq
152.Aşağıda göstərilənlərdən hansılar tezəriyən metallar qrupuna aiddir ?
A) Sn, Pb, Zn
B) Au, Ag C) V, Mo, Nb D) Ta, V E) K, Al, Na
153.Metalın xarakterik xüsusiyyətləri hansılarıdır ?
A) Kristal quruluşu, istilik və elektrikkeçiriciliyi , plastiklik qabiliyyəti
B) Kristal quruluşu olmayan , istilik və elektrikkeçiriciliyi qabiliyyəti olan
C) istilik və elektrikkeçiriciliyi qabiliyyəti olmayan, plastiklik qabiliyyəti
D) yalnız amorf quruluşu , plastiklik qabiliyyəti olmayan
E) şəffaf, aşağı temperaturda qaza çevirilən , adi temperaturda aqreqat halını dəyişən
154.Sudan yüngül metal hansıdır ?
A) litium
B) sink C) berilium D) civə E) alüminium
155.0 ̊ C – dən aşağı donmayan metal hansıdır ?
A) civə
B) arsen C) natrium D) berillium E) selen
156.Evtektoid poladlarda nə qədər karbon olur ?
A) 0,8 %
B) 1,8 % C) 1,2 % D) 1,1 % E) 0,5 %
Dostları ilə paylaş: |