Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu
Reynolds təcrübə zamanı müəyyən etmişdir ki, hərəkət rejimi borunun diametrindən, axının orta sürətindən və mayenin özlülüyündən asılıdır. Hərəkət rejimi ölçüsüz Reynolds parametrləri ilə müəyyən olunur . Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, əgər Re < 2320 olarsa rejim laminardır. Əgər Re > 2320 olarsa olarsa rejim turbulentdir. Deməli, Re-nin böhran qiyməti Reböhran< 2320-dir. Hidravlik müqavimət hərəkət rejimindən asılıdır. Bu asılılığı Reynoldsın təcrübəsindən istifadə edib qurmaq olar. Bunun üçün təcrübəni bir neçə dəfə təkrar etmək lazımdır . Əgər eyni diametrli boruda eyni mayenin hərəkəti tədqiq olunarsa, onda hərəkət rejimi yalnız sürətdən asılı plaraq dəyişəcək. Onda yaza bilərik = f(). he - i pyezometrlərin fərqi kimi tapmaq olar . Sürəti isə sərfin sabitlik tənliyindən tapmaq olar . Təcrübədən alınan nəticələr şəkildəki kimi qrafıkdə qurulur. Qrafiki əsasən beş zonaya bölmək olar. Şəkil I zona. Laminar rejim. AБ – düz xətti . Deməli, laminar rejimdə sürtünmə müqaviməti sürətin birinci dərəcəsindən asılıdır. II zona. Keçıd zonası. БB əyri xətti Re=(2320 ÷4000). Bu arada mayenin hərəkəti dayanıqlı olmur. III zona. Turbulent rejimdə hidravlik hamar borular zonası BD düz xətti. IV zona. Qarışıq zona. DE əyti xətti. V zona. EF düz xətti – kvadratik zona adlanır. BDEF – xətti turbulent rejimdir . Hidravlik hamar borularda n = 1,75. Qarışıq zonada n = (1,75 ÷ 2). Kvadratik zonada n = 2. Kvadratik zonada hidravlik müqavimətlərə sərf olan basqı itkisi ( ) sürətin kvadratından asılı olduğu üçün buna kvadratik zona deyilir. A və B əmsalları borunun en kəsik ölçülərindən və mayenin fiziki xassəsindən asılıdır. LAMİNAR HƏRƏKƏT REJİMİ Laminar hərəkət rejimində maye hissəcikləri bir-birinə parallel təbəqəli hərəkət edir. Burada maye şırnaqları cərəyan xətti, trayektoriyalar bir-birinə paralleldir. Burada əsas müqavimət mayenin özlülüyündən yaranan sürtünmə müqavimətidir. Yüklə 0,75 Mb. Dostları ilə paylaş: |