Hidravlika qanunları işləyən maşınlara hidravlik maşınlar deyilir. Hidravlik maşınlar iki yerə bölünürlər:
I.Turbinlər – mayenin enerjisini mexaniki enerjiyə çevirirlər;
II.Nasoslar– mexaniki enerjini yeri dəyişən mayenin enerjisinə çevirirlər. Iş prinsiplərinə görə nasoslar iki yerə bölünürlər:
1) Dinamik nasoslar;
2) Həcmi nasoslar.
Dinamik nasoslar işçi orqanın mayeyə etdiyi təsirlərinə görə iki yerə bölünürlər: kürəkli nasoslar və sürtünmə nasosları.
Bu nasoslarda işçi orqanın formalarına görə bölünürlər:
I. Kürəkli nasoslar: 1. Mərkəzdən qaçan nasoslar;
2. Diaqonal nasoslar;
3. Oxlu nasoslar.
III.Sürtünmə nasoslar: 1. Qasırğa nasosları;
2. Lüləli nasoslar;
3. Hava qaldırıcıları.
Həcmi nasoslar işçi orqanın hərəkətinə görə bölünürlər:
1. İşçi orqanı irəli-geri hərəkət edən nasoslar;
2. İşçi orqanı fırlanan nasoslar (rotorlu).
Bu iki qrup nasosda öz növbəsində işçi orqanın formasına görə bölünürlər:
I. İşçi orqanı irəli-geri hərəkət edən nasoslar: Porşenli nasoslar;
Plunjerli nasoslar;
Diafraqmalı nasoslar;
Pnevmatik nasoslar.
II. İşçi orqanın formasına görə rotorlu nasoslar bölünürlər: 1. Dişli çarxlı nasoslar;
2. Vintli nasoslar;
3. Lövhəli nasoslar.
Bunlardan başqa hidravlik taran vakuum nasos, həcmi hidravlik ötürmə, hidrodinamik ötürmə (hidromufta və hidrotrasformator) və bəzi xüsusi mayeləri vurmaq üçün olan nasoslar da hidravlik maşınlara aiddir.
Texnikanın elə bir sahəsi yoxdur ki, orada hidravlik maşınlardan istifadə olunmasın. Maşınqayırma sənayesində metalkəsən dəzgahların sistemləri hidravlik ötürmədən ibarətdir.
Ilk nasos porşenli nasos olmuşdur. Porşenli nasosdan buxar maşını ixtira edildikdən sonra geniş istifadə olunmuşdur. Mərkəzdənqaçan nasosların nəzəriyyəsini Eyler onların ixtirasından 100 il əvvəl vermişdir. Mərkəzdənqaçan nasoslardan geniş istifadə elektrik mühərriki ixtira olunduqdan sonra olunmuşdur.