Mba proqrami


Maliyyə hesabatlarının beynəlxalq standartları



Yüklə 20,89 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü20,89 Kb.
#36253
1   2   3   4   5   6
beynəlxalq

1.Maliyyə hesabatlarının beynəlxalq standartları

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları - bütün dünyada şirkətlərin maliyyə hesabatlarının tərtib olunması üçün malİ3^ə-təsərrüfat əməliyyatlarının tanınması, qiymətləndirilməsi və açıqlanması tələblərini müəyyənləşdirən qaydalardır. Standartlar bütün dünyada şirkətlər arasında mühasibat sənədləşməsinin müqayisəliliyini təmin edir və kənar istifadəçilərin informasiyalara girişi şərtidir.MHBS - nın hazırlanması proseduru aşağıdakı kimidir:

1. Şura Rəhbər Komitəni formalaşdırır. Rəhbər Komitənin Sədri Şuranın nümayəndəsi sayılır. Komitənin tərkibində qaydaya görə ən azı üç digər ölkənin nümayəndəsi də olmalıdır. Rəhbər Komitəyə Şuranın, yaxud Məşvərət Şurasının tərkibinə daxil olan digər təşkilatların nümayəndələri də daxil edilə bilər.

2. Rəhbər Komitə müəyyən mövzu ilə əlaqədar mühasibat uçotunun bütün məsələlərini müəyyənləşdirir və nəzərdən keçirir. O, eyni zamanda mühasibat uçotunun həmin məsələləri ilə bağlı «MHBS- nın konseptual əsaslan və maliyyə hesabatlarının təqdimatı» adlı standartın tətbiqi imkanlarını öyrənir. Komitə, mühasibat uçotunun qarşısında duran regional və milli tələbləri də araşdırır. Bütün müvafiq məsələləri nəzərdən keçirdikdən sonra rəhbər Komitə Şuraya «Problemin ümumi təsvirini» təqdim edir.

3. Şuradan «Problemin ümumi təsviri» alındıqdan sonra Rəhbər Komitə qaydaya görə «Prinsiplərin şərhi layihəsini» müzakirəyə çıxarılır. Həmin layihənin əsas məqsədi fundamental uçot prinsiplərinin müəyyənləşdirilməsi hesab olunur.

4. Rəhbər Komitə şərhləri nəzərdən keçirir və son layihəni qəbul edir.

5. Rəhbər Komitə «Müzakirə üçün layihəni» təsdiq olunmaq üçün Şuraya göndərir. Şura üzvlərinin ən azı 2/3 hissəsi müsbət səs verdikdən sonra standart hüquqi status alır.

Hər bir standart aşağıdakı xarakterə malik informasiyalarla formalaşır:

uçot obyektinin tanınması;

- uçot obyektinin qiymətləndirilməsi;

- maliyyə hesabatlarında açıqlanma.

Standartın məzmunu Komitə tərəfindən bütün hallarda ingilis dilində dərc etdirilir.

MHBS - nın izahı. Hazırda MHBS Komitəsinin dərc etdirdiyi 18 izah qüvvədədir. Onlar MHBS - nın müxtəlif problemlərini əhat edir:

• ehtiyatlann silinməsi formulası;

• borclara çəkilən xərclərin kapitallaşdırılması;

• assosiasiya olunan şirkətlər üzrə realizə olunmayan mənfəət və

zərərin tutulması;

• mövcud proqram təminatının təkmilləşdirilməsi xərcləri;

• avronun qüvvəyə minməsi;

• uçotun əsası kimi MHBS - ın ilk dəfə tətbiqi;

• iştirakçıların pulla üzvlük haqları.

Standartlaşma problemləri. Uçotun harmonizasiyası uçot sferasında problemləri beynəlxalq arenaya çıxarır. Bu anlamda uçotun maliyyə və idarəetmə aspektinə hanuonizasiyası müxtəlif dövlətlərin sərhədləri vasitəsilə sahibkarlıq fəaliyyətini təmin edir və milli uçot sistemlərindəki məhdudiyyələri aradan qaldırır.Uçotun aparılması və hesabatın tərtibi qaydalarının haımonizasiyası mühasibat hesabatlarının tərkibi və məzmununun istifadəçilərin əksəriyyətinin tələblərinə uyğunlaşdınlmasını təmin etməlidir. Har- monizasiya zəruri olsa da, bu məsələ kifayət qədər mürəkkəb olaraq qalmaqda davam edir.Müxtəlif ölkələrin milli standartları ilə müqayisədə MHBS obyektiv üstünlüyü aşağıdakılardan ibarətdir:

• dəqiq iqtisadi məntiq;

• uçot sferasında ən yaxşı müasir dünya təcrübəsinin ümumiləşdirilməsi;

• bütün dünya ölkələrində maliyyə hesabatlarından istifadə edənlərin həmin sənədi dərk etmələrinin maksimum sadələşdirilməsi.


Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin