Mba proqrami


Xarici valyuta ilə əməliyyatlar və MHBS uyğun olaraq xarici təsərrüfat vahidlərinin maliyyə hesabatları



Yüklə 20,89 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü20,89 Kb.
#36253
1   2   3   4   5   6
beynəlxalq

3.Xarici valyuta ilə əməliyyatlar və MHBS uyğun olaraq xarici təsərrüfat vahidlərinin maliyyə hesabatları

Bazar iqtisadiyyatı beynəlxalq ticarətin, idxal-ixrac əməliyyatlarının və beynəlxalq kapital bazarında borcların həcminin artmasının inkişafına şərait yaradır. Bütün bu hadisələrin səbəbi kimi xarici valyuta ilə əməliyyatların uçotu çıxış edir.Maliyyə hesabatlarının beynəlxalq standartlarında xarici valyuta ilə əməliyyatların uçotunu MHBS 21 «Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri» adlı standart tənzimləyir. Bu standart xarici valyuta ilə əməliyyatların uçotunun aparılmasında istifadə olunan mübadilə məzənnəsini, xarici şirkətlərin maliyyə hesabatlarının yenidən hesablanmasını, məzənnə fərqlərinin uçotunu və s. məsələləri əhatə edir.Əməliyyatın həyata keçirildiyi anda valyuta məzənnəsini bir çox hallarda spotməzənnə adlandırırlar. Əksər hallarda əməliyyatın həyata keçirildiyi tarixə daha yaxın olan faktik məzənnə tətbiq edilir. Məsələn, bütün həftə, yaxud ay ərzində orta məzənnədən istifadə etmək olar. Əgər valyuta məzənnəsi tərəddüd edirsə, onda orta məzənnənin tətbiqi etibarlı sayıla bilməz.MHBS 21-ə uyğun olaraq balansın hər bir tarixinə həyata keçirilməlidir:

a) xarici valyuta ilə monetar maddələri valyuta məzənnəsindən istifadə etməklə əks etdirmək lazımdır.

b) xarici valyuta ilə və tarixi dəyərlə əks etdirilən qeyri-monetar maddələri əməliyyatların həyata keçirildiyi tarixə müəyyənləşdirmək lazımdır,

v) xarici valyuta ilə ədalətli dəyər əsasında əks etdirilən qeyri- monetar maddələr, həmin dəyərin müəyyənləşdirildiyi ana mövcud olan valyuta məzənnəsini tanımaq lazımdır.Xarici təsərrüfat vahidlərinin maliyyə hesabatlarını köçürmək üçün istifadə olunan metod müəssisənin maliyyələşmə vəsaitindən və onun fəaliyyət göstərməsindən asılıdır. Bu məqsədə çatmaq üçün xarici təsərrüfat vahidləri bir çox hallarda «xarici müəssisə» kimi təsnifləşdirilir.

Müəssisələr maliyyə hesabatlarına əlavələrdə aşağıdakıları açıqlamalıdır:

• müəyyən dövr ərzində xalis mənfəətə, yaxud zərərə birləşdirilən məzənnə fərqinin məbləği;

• xüsusi kapitalın ayrıca tərkib hissəsi kimi təsnifləşdirilən xalis məzənnə fərqi;

• aktivlərin balans dəyərinə daxil edilən və dövr ərzində meydana çıxan məzənnə fərqinin məbləği.Əgər hesabat valyutası müəssisənin yerləşdiyi ölkənin valyutasından fərqlənirsə, onda digər valyutanın tətbiqi səbəbləri açıqlanmalıdır.Əgər xarici təsərrüfat vahidinin təsnifatında dəyişikliklər baş verərsə, müəssisəsi aşağıdakıları açıqlamalıdır:

• təsnifatdakı dəyişikliyin xarakterini;

dəyişikliyin səbəblərini;

• təsnifatdakı dəyişikliyin səhmdar kapitala təsirini;

• xalis mənfəət və yaxud zərərə təsirini.

Belçikada xarici valyutaların digər ölkələrlə müqayisədə əvəzlənməsinin daha yığcam qaydası mövcuddur. Kral 6 mart 1990-cı il ilə fərmanı konsolidə edilən hesabatlar üçün valyuta transformasiyasının məcburi qaydalarını müəyyən etmişdir. Fərman iki metoddan istifadəyə yol verir. Birinci metoda görə maddələr pul və qeyri-pul maddələrinə bölünür. Bu zaman transformasiya prosesində meydana çıxan fərqlər mənfəət və zərərlər haqqında hesabatda xərclər, ya da gəlirlər kimi traktovka oluna bilər. İkinci metod məzənnənin dövrün axırına istifadəsini nəzərdə tutur. Bu zaman fərq yalnız balansın passivində qeydə alınır.Böyük Britaniyada xarici müəssisələrin mühasibat hesabatı sənədlərini konsolidə edilən hesabatlara daxil etmək üçün ana və övlad şirkətlərin qarşılıqlı münasibətləri əsas götürülür. Belə bir qayda İrlandiyada da tətbiq edilir.



Yunanıstanda monetar-nemonetar metoddan istifadə olunur. Xarici valyutanın çevrilməsindən alınan fərq mənfəət və zərərlər maddəsində qeydə alınır. Qısamüddətli əməliyyatlardan alınan mənfəət növbəti ilə görə gəlirlər haqqında hesabat tərtib olunduqda öz əksini tapır.Danimarkada Mühasibat Uçotu və Hesabat haqqında Qanun xarici valyutanın çevrilməsi qaydasını dəqiq tənzimləmir. Adətən xarici övlad şirkətlərin göstəriciləri hesabatın bağlanılmasının mübadilə məzənnəsi ilə yenidən çevrilməyə məruz qalır. Xüsusi mühasibat hesabatında öz əksini tapan xarici valyuta onların bağlanılmasının mübadilə məzənnəsi üzrə çevrilir.sXarici valyuta ilə kreditlər xarici övlad müəssisələrə investisiya olunmaq üçün həmin investisiyaların hecirlənməsi kimi nəzərdən keçirilir.İspaniyada xarici valyutanın çevrilməsi üçün balansın bağlanmasının mübadilə məzənnəsindən istifadə edilir. Bu zaman çevirmə nəticəsində alınan fərq balans hesabatının xüsusi ehtiyatlarına daxil olur.Çevrilmədən alınan zərər mənfəət və zərər haqqında hesabatda əks etdirilir. Satılmadan daxil olmalar balans hesabatının passivində göstərilir.Xarici valyuta ilə məbləğlər milli valyutaya çevrilməli və illik hesabata satınalma tarixinə mövcud olan məzənnə ilə daxil edilməlidir. Kreditor və debitor borcları dövrün axırına məvcud olan məzənnə üzrə qiymətləndirilir. Fərqlər borcların müddəti və valyutalar üzrə qruplaşdırılır.İtaliyada xarici valyuta ilə əməliyyatlar onların həyata keçirildiyi tarixə mübadilə məzənnəsi üzrə qeydə alınır. Balans hesabatının tərtib edildiyi tarixə bütün pul aktivləri və passivləri ilin son ayının orta məzənnəsi üzrə yenidən hesablanır. Çevrilmədən alınan gəlir gələcək dövrlərin gəlirləri qismində balans hesabatının passivində əks etdirilir. İtgilər isə həmin gəlir hesabına ödənilir.Almaniyada qanuna görə xarici valyuta və onun çevrilməsi üzrə əməliyyatlar seçilmiş metod əsasında həyata keçirilir. Bu metod heç vaxt dəyişikliyə məruz qalmamalıdır. Alman şirkətləri praktikada mövcud olan bütün metodları tətbiq edə bilərlər.Xüsusi mühasibat sənədlərində malsatanlarla, kreditorlarla və debitorlarla xarici valyuta ilə hesablaşmalar başlanğıc dəyərlə hesablanılır.Polşada xarici valyuta ilə aparılan əməliyyatlar milli valyutaya çevrilir və aşağıdakı qaydada qeydə alınır: pul vəsaitləri, səhmlər və qiymətli kağızlar -faktik mübadilə məzənnəsi ilə, digər aktivlər və öhdəliklər, orta mübadilə məzənnəsi ilə.Əmələ gələn bütün məzənnə fərqləri ehtiyat kapitalına aid edilir və yaxud qudvill kimi traktovka edilir. Mübadilənin orta məzənnəsi Polşanın Milli Bankı tərəfindən müəyyənləşdirilir.Portuqaliyada xarici valyuta ilə əməliyyatlar cari mübadilə məzənnəsi əsasında həyata keçirilir. Maliyyə ilinin sonunda pul maddələri ilin son gününə mövcud olan məzənnə əsasında çevrilir. Əgər xarici valyuta ilə aktivlər mənfəət, yaxud zərər gətirirsə, onlar bilavasitə mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.Fransada xarici övlad şirkətlərin hesabatlarının milli valyutaya çevrilməsi qaydası 1986-cı ilədək qanunvericilikdə tənzimlənmirdi. 1986-cı ildə qəbul olunan qaydalarda da xüsusi metodologiya yox dərəcəsindədir. Hazırda transiyasiya əməliyyatlarının uçotunun bir sıra variantları mövcuddur. Əksər şirkətlərin praktikasında balansı çevirmək üçün hesabat dövrünün sonuna olan məzənnə əsas götürülür. Burada normativ sənəd kimi müəssisənin uçot siyasəti diqqəti cəlb edir.Fransada mühasibat uçotu üzrə əsas məlumat kitabçası tövsiy- yələrdən ibarətdir. Burada həm valyuta vəsaitləri, həm də öhdəliklər haqda məlumatlar var. Valyuta vəsaitləri aşağıdakı məzənnə lərdən biri ilə çevrilə bilər:

• danışıqlar üçün baza kimi istifadə olunur:

• sifarişin yerinə yetirildiyi gün;

• hesabın açıldığı gün;

• hesabın ödənişə qəbul edildiyi gün.

İsveçdə şirkətlərin xarici valyuta ilə pul maddələri balansın tərtib olunduğu tarixə çevrilir. Çevrilmədən alınan fərqlər mənfəət və zərər haqqında hesabatda öz əksini tapır.Niderlandlarda hesabatlar tərtib olunduqda investor, hər bir obyektə qoyuluşunu xarici müəssisə yaxud xarici iqtisadi fəaliyyət kimi nəzərdə tutur. Balans transformasiya edildikdə hesabat dövrünün axırına olan məzənnə əsas götürülür.İsveçrədə mühasibat uçotu və hesabat üzrə tövsiyyələr fondu xarici övlad şirkətlərin mühasibat hesabatı maddələrinin çevrilməsinin üç metodunu nəzərdə tutur:

• hesabat dövrünün sonuna məzənnə metodu;

müvəqqəti metod;

• pul (qeyri-pul) metodu.

Birinci iki metod MHBS 21 «Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri» adlı standartda təsvir olunan metodlarla eynidir. Ana şirkətlərdən daha çox asılı olan övlad şirkətlər hesabat dövrünün sonuna müvcud olan məzənnə metodundan istifadə edir.Aşağıdakı cədvəldə müxtəlif ölkələrdə xarici valyutanın çevrilməsinin uçotda əks etdirilməsi praktikası barədə ümumiləşdirici informasiyalar toplanılmışdır.



Nəticə

Qaydaya görə müəssisədə debitor borcları ilə əlaqədar aşağıdakı suallar meydana çıxır: hesablar üzrə debitor borclarının tanınması -debitor borcları nə

deməkdir?

• debitor borclarının qiymətləndirilməsi - debitor borclarını hansı qiymətlə, yaxud hansı dəyərlə əks etdirməli?

• debitor borclarının «tutulması» - ödənilməmiş hesablar üzrə pulları necə almalı və bunu mühasibat yazılışlarında necə təsvir etməli?

MHBS-da debitor borclarının tanınması, təsnifatı və qiymətləndirilməsi dəqiq müəyyənləşdirilməmişdir. Bəzi beynəlxalq standartlarda maliyyə hesabatlarında müvafiq informasiyaların açıqlanması üzrə yalnız ümumi tövsiyyələr verilmişdir.Xaricdə debitor borclarının tanınması problemi çoxsaylı güzəştlərin yığcam sisteminin tətbiqi ilə əlaqədardır. Alıcılara verilən güzətlər iki böyük qrupa bölünür:

1. ticarət güzəşti - baza qiymətindən alınan faizlə güzəşt;

2. müddətində ödənilməyə görə güzəşt - Ödəniş vaxtından asılı olaraq güzəştlər.

Əslində müddətində ödənilməyə görə güzəşt metodu debitor borclarının tanınmasında problem yaradır. Xarici təcrübədə, (xüsusən də ABŞ-da) belə güzəştlərin mühasibat uçotunda əks etdirilməsinin iki metodu mövcuddur:

1. Ümumi metod. Bu metod praktikada daha geniş yayılmışdır. Onun məzmunu belədir: satışın və debitor borclarının məbləği qoyulmuş hesabın məbləğinə güzəşt nəzərə alınmadan əlavə edilir. Güzəşt isə yalnız ödəniş baş tutduqda qeydə alınır. Bu məqsədlə xüsusi hesablar nəzərdə tutulur.

2. Xalis metod. Bu metoddan istifadə olunduqda alıcılara verilməyən güzəşt «cərimə» kimi traktovka edilir.


Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin