Mba proqrami


Digər beynəlxalq təşkilatların mühasibat uçotuna təsiri



Yüklə 20,89 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü20,89 Kb.
#36253
1   2   3   4   5   6
beynəlxalq

2. Digər beynəlxalq təşkilatların mühasibat uçotuna təsiri.

MHBS Komitəsindən başqa beynəlxalq miqyasda uçot məsələləri ilə BMT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Əməkdaşlıq məşğul olur. Tənzimləmə sisteminin formalaşması üçün mühasibat uçotunun harmonizasiyası üzrə Avropa Əməkdaşlığı tərəfindən, xüsusən də Avropa İttifaqının tətbiq etdiyi Direktivlər xüsusi əhəmiyyət kəsb edir.Avropa əməkdaşlığı çərçivəsində mühasibat uçotunun müxtəlif sistemlərinin harmonizasiyası ideyasının mahiyyəti bundadır ki, hər bir ölkə uçotun təşkili üzrə modelini irəli sürə bilər. Başlıca məqsəd odur ki, bu standartlar Avropa Əməkdaşlığı ölkələrinin həmin qəbildən olan standartları ilə ziddiyyət yaratmasın. Başqa sözlə, bütün standartlar biri- digərinə nisbi mənada “harmoniya” təşkil etməlidir.AƏ ölkələrində uçotun inkişafı konsepsiyasını formalaşdırmaq məqsədilə mühasibat uçotunun problemləri üzrə Tədqiqat qrupu formalaşdırılmışdır. Onun fəaliyyəti şirkətlər haqqında Qanunun milli versiyalarının harmonizasiyası proqramının tərkib hissəsi kimi nəzərdə tutulur. Bu işlərin nəticələri normativ sənədlər şəklində dərc olunaraq AƏ ölkələrinin hər birisinin milli mühasibat uçotu sahəsindəki milli qanunvericilik sənədlərinə daxil edilmişdir.Avropa Əməkdaşlığı Avropanın ümumi bazarı kimi məşhurdur və 1957-ci ildə yaradılmışdır. Onun tərkibinə 15 ölkə daxildir: Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Niderlandlar, Norveç, Portuqaliya, Fransa, İsveçrə və İsveç. AƏ yaradılanda onun qarşısına belə vəzifələr qoyulmuşdur:

- material, əmək və maliyyə resurslarının sərbəst tədavülü; vahid gömrük qaydaları;

- hüququn harmonizasiyası.

Avropa Əməkdaşlığının Uçot Direktivləri iştirakçı ölkələrə ünvanlanan hüquqi sənəddir. Hazırda mühasibat uçotu sferasında beş direktiv qəbul edilmişdir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) da uçot və hesabatın problemlərinə müəyyən diqqət yetirir. Bu transmilli korporasiyaların dünya iqtisadiyyatına təsirinin genişlənilməsi ilə əlaqədardır. Belə bir fəaliyyət 1973-cü ildən başlanır. Həmin ildə yaradılan xüsusi qrup mütəxəssislər transmilli korporasiyaların iqtisadi inkişafa və beynəlxalq münasibətlərə təsirini öyrənmişlər. 1982-ci Üdə uçot və hesabatın Beynəlxalq Standartları üzrə hökümətlərarası ekspertlər qrupu yaradılmışdır. Bu qrup BMT-nin trasmilli korporasiyalar Mərkəzinin Strukturunda fəaliyyət göstərən İqtisadi və Sosial Şura tərəfindən təsdiq edilmişdir. Qrup, hesabat informasiyalarını təhlil edir, uçot və hesabatın problemləri ilə məşğul olan beynəlxalq təşkilatların işini əsaslandırır, milli və regional uçot standartlarının hazırlanmasına kömək göstərir, inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alır. Bu gün qrup MDB ölkələrində mühasibat uçotu prinsiplərinin hazırlanmasında fəal iştirak edir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sənayecə inkişaf etmiş 24 ölkənin hökümətlərini birləşdirir; Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya. Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderlandlar, Yeni Zelandiya, Norveç, Portuqaliya, ABŞ, Türkiyə, Finlandiya, İsveç, İsveçrə, Yaponiya. Onun məqsədi həmin təşkilatın üzvü olan ölkələrin iqtisadi inkişafına kömək göstənnəkdən ibarətdir. 1976-cı ildə İƏİT trasmilli korporasiyaların idarə olunması üzrə qaydaların İcmalını hazırlamışdır. Bu Qaydaların bir bölməsi maliyyə hesabatlarının məzmunu üzrə tövsiyələr hazırlamaqla məhdudlaşır.Avropa ölkələrində mühasibat uçotu Standartlarının hazırlanması və razılaşdırılması ilə Mühasib-Ekspertlərin Avropa İttifaqı məşğul olur. Avropanın 19 ölkəsinin peşəkar təşkilatları həmin təşkilatın üzvüdürlər.Yuxarıda sadalananlardan başqa uçotun standartlaşması problemi ilə aşağıdakı regional təşkilatlar məşğul olur:

• Asiya və Sakit Okean regionu ölkələrinin konfederasiyası;

• Amerika ölkələri mühasiblər assosiasiyası;

• Mühasibat uçotu üzrə Afrika Şurası;

• Cənubi - Şərqi Asiya ölkələri assosiasiyası;

• İnzibati Koordinasiya Komitəsi (BMT);

• İntellektual mülkiyyət üzrə Dünya təşkilatı (BMT);

• Tariflər və ticarət üzrə Ali saziş;

• Avropa İqtisadi Komissiyası (BMT);

• İqtisadi və sosial Şura (BMT);

• Təbii resurslar üzrə Komitə (BMT);

• Trasmilli şirkətlər üzrə Komissiya (BMT);

• Beynəlxalq İnkişaf Assosiasiyası (BMT);




Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin