İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin, işçilərin və işləməyən əhalinin fövqəladə hadisələrdən müdafiə sahəsində hazırlanması qaydaları
İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin, işçilərin və işləməyən əhalinin fövqəladə hadisələrdən müdafiə sahəsində hazırlanması qaydaları. Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə Mülki Müdafiə orqanları tərəfindən keçirilən tədris-metodik toplanışlarda, kadrların ixtisasartırma üzrə təhsil müəssisələrində və mülki müdafiə kurslarında yerinə yetirilir. Rəhbər heyətin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. Onlar həmçinin tədris ili ərzində 3-5 gün istehsalatdan ayrılmaqla keçirilən məşğələlərdə, məşqlərdə və toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin olunandan sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər.
Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris proqramına «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi» kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə» kursu daxil edilir.
Məşğələlər bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər fənlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən müstəqil hazırlıq saatlarında keçirilir. Mülki Müdafiə kursunun öyrədilməsi – proqram həcmində yoxlama işi (referat) yazmaqla başa çatdırılır.
İşçilərə Mülki Müdafiə biliklərinin öyrədilməsi. İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin Mülki Müdafiə qüvvələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə Mülki Müdafiə bilikləri iş yerində, istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən edilmişdir:
Mülki Müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, şöbə və digər bölmə rəhbərlərinin keçirdiyi Mülki Müdafiə məşqlərində iştirak etməklə;
– tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçməklə.
Obyektin ştatlı Mülki Müdafiə işçiləri, məşğələ rəhbərləri və ya təlimatçılarla tədris ilinin əvvəlində 1-2 günlük metodik toplanış keçirirlər. Ştatlı Mülki Müdafiə işçiləri olmayan obyektlərdə belə toplanışlar regional şöbələrdə, şəhər, rayon icra orqanlarının nəzdindəki Mülki Müdafiə kurslarında təşkil edilir.