Мцщазиря 1: верилянлярин моделлярини мцяййян едян ясас компонентляр



Yüklə 0,64 Mb.
səhifə12/14
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#38397
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
2. Fak lt M h ndislik Kafedra nformasiya texnologiyalar v

Plan:

1. Ekspert sistemi ənənəvi proqramlardan fərqləndirən jəhətlər.

2. ES təşkili

3. ES sinfi

4. İstifadə olunan instumental vəsaitlər
I. Ekspert sistemi ənənəvi proqramlardan fərqləndirən jəhətlər.

Ən başlıja fərq odur ki, ES biliklə manipulyasiya olunur, adi proqramlar isə verilənlərlə.

ES-in əsas xarakteristikaları.

1) Kompotentlik-ES konkret predmet sahəsində kompetent səviyyədə bilik nümayiş etdirməlidir, ekspert insan kimi professional olmalıdır. Təkjə yaxşı həll tapmaq yox, həm də bunu tez etmək lazımdır, odur ki, ES bunu ekspert insan kimi elə bajarıqla etməlidir ki, tez və effektli nətijə alınsın, lazimi priyomlardan və yollardan elə istifadə edilməlidir ki, sanki o ekspert insandır.

2) ES simvollar əsasında fəaliyyət göstərir. Bu, sistem tənliklərdən, çox əməliyyatlar yerinə yetirən riyazi əməliyyətlardan yox, simvollardan və onlar əsasında qurulmuş qaydalardan istifadə edirlər. ES-də biliklər də simvollarla təsvir edilirlər, daha doğrusu, simvollar toplusu ilə -predmet sahəsinin anlayışlarına uyğundur.

Sİ-də simvol dedikdə-işarələr sırası başa düşülür, bu işarələr real aləmin anlayışlarının mahiyyətinə uyğundur.

3) Dərinlik (bağlılıq)-ES-lərdə olan biliklər dərin olmalıdır, yəni o konkret predmet sahəsində effektiv işləmək bajarığına malik olmalı, bu sahənin çətin məsələlərini əhatə etməlidir. Belə ki, real aləmin müəyyən predmet sahələrində məsələ həll edən hər bir kəs faktiki informasiyaları praktiki problemə elə tətbiq edilər ki, dəyər və effektivlik kiriteriyaları baxımından məsələni effektli həll etsinlər.

4. Özü düşünən. ES elə biliyə malikdirlər ki, öz fəaliyyətləri, öz sturukturları haqqında mühakimə edirlər. Məsələn, ES qaydalar əsasında qurulubsa bu qaydalara əsasən çıxarış zənjirinə baxıb qərarın nejə alındığını görmək olar.



II. ES nejə təşkil etməli?

ES-in təşkili biliklərin təşkili, onların təsviri ilə müəyyən olunur.

ES-də biliklər elə təşkil olunmuşlar ki, predmet sahəsi haqqında biliklər sistemin başqa tip biliklərindən ayrılmış olsunlar, belə ki, məsələni həll etmək haqqında ümumi bilikləri, mətni terminala nejə çıxarmaq və ya mətni dəyişdirmək haqqında biliklərdən ayırmaq mümkün olsun. Predmet sahəsinə aid belə ayrılmış biliklər bilik bazası adlanır, məsələnin həllinin tapılması barədə biliklər isə çıxış mexanizmi adlanır. Təsvir olunan qaydada təşkil olunmuş biliklərlə işləyən proqram biliklərə əsaslanan sistem adlanır.

Şəkildən göründüyü kimi bütün ekspert sistemlər BƏS-dir. Lakin bunun tərsi düz deyil. Sİ proqramı olan "şahmat oyunu" ekspert sistem deyil, baxmayaraq ki, predmet sahəsi haqqında biliklər proqramın başqa biliklərindən tam ayrılıb.

ES-in BB-si qərar qəbul edilməsi üçün lazım olan fakt (verilənlər) və qaydalarından (və ya başqa biliklərin təsviri) ibarətdir.

Çıxış mexanizmi (metabiliklər) interpretatordan ibarətdir, o da müəyyən edir ki, yeni bilik almaq üçün bu qaydalardan nejə istifadə etmək lazımdır və dispeçerdən ibarətdir ki, bu qaydaların istifadə ardıjıllığını müəyyən etsin.




Şəkil 1. ES-in Sİ və BƏS-də yeri.


Sistemin nejə qurulması, onun nejə mühakimə etməsi kimi biliklər metabiliklər adlanırlar-bilik haqqında bilik. ES-də bu bilikləri əks etdirən blok izah mexanizmi adlanır.

Ekspert sisteminin funksional sxemini aşağıdakı kimi ğöstərə bilərik.



Şəkil 2. ES-in ümumiləşdirilmiş funksional sxemi.


BB problemin həllini əks etdirən qaydalar və faktlar formasında biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunur.

Verilənlər bazası və ya işçi bilik sistemin jari vəziyyətini göstərir, jari anda həll olunan problem haqqında verilənlərdən-həll prosesində lazim olan giriş və aralıq verilənlərindən ibarətdir.

Nətijə mexanizmi verilənlər bazasındakı giriş verilənindən və bilik bazasında biliklərdən istifadə edərək elə qaydalar sırasını yaradır ki, bunlar giriş verilənlərinə uyğunlaşaraq problemin həllinin tapılmasına gətirir.

İzah mexanizmi sistemin həllinin tapılması prosesini izah edir və hansı biliklərdən istifadə olunduğunu göstərir. Aralıq mexanizmi ekspert və istifadəçi ilə sistem arasındakı səmimi münasibətin təşkilinə yönəldilib.

Ekspert sistemlərin həll olunajaq problemə və ya predmetə yönələn modeli belə şəkildə göstərilə bilər.



Şəkil 3. ES-in problemin həllinə yönələn modeli.


İstifadə olunan metodlar və biliklərə görə ES ənəvi və hibrid ES-lərə ayrılırlar. Ənənəvi ES əsasən formalizə olunmayan bilik mühəndisliyi metodları ilə və ekspertlərdən alınan formalizə olunmayan biliklərə əsaslanır. Hibrid ES bilik mühəndisliyi üsulları ilə bərabər formalizə edilən metodlardan, ənənəvi yazılardan və riyazi verilənlərdən istifadə edir.

III. Son illər iki böyük ES sinfi ayrılır:sadə və mürəkkəb:



Sadə ES bu parametrlərlə səjiyyələnir: Səthi ES; ənənəvi ES, insan yığını ES, dəyər qiyməti 100$-25000$; yaradılma dəyəri 50000$-dan 300000$-a kimi, yaradılma müddəti 3 aydan bir ilədək, 200-1000 qayda.

Mürəkkəb ES bu parametirlərlə səjiyələnir: Dərin ES, hibrid ES simvol BS-da və ya güjlü BS uyğundur: dəyər qiyməti 50000$-dan 1 milyon $, yaranma dəyəri 5-10 mln. $, yaranma müddəti 1-5 il, 1500-10000 qayda.

Jədvəl 1-də ES-in işlənməsi səviyyəsinə görə klassifikasiyası göstərilmişdir.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin