Göygöl şərab zavodu. Zavodun əsası 1870-ci ildə
qoyulmuĢdur. 1920-ci ildə ―Konkordiya‖ kooperativ cəmiyyəti
kimi yenidən təĢkil olunmuĢ və 1934-cü ilədək fəaliyyət
göstərmiĢdir. 1934-cü ildə milliləĢdirilmiĢdir. 1972-ci ildə
E.Telman adına üzümçülük sovxozu ilə birləĢdirilmiĢ və 1985-ci
ildə Xanlar Aqrosənaye birliyi, bir qədər sonra isə Xanlar
Aqrosənaye Ģərab kombinatı adlandırılmıĢdır. Süfrə üzümü
istehsalına görə uzun illər keçmiĢ sovetlər birliyinin ən qabaqcıl
müəssisələrindən olmuĢdur. Burada ilkin Ģəraqbçılıq zavodu,
Ģampan və konyak istehsalı; Ģampan, konyak və Ģərabı yetiĢdirmək
üçün binalar vardır. Burada ilk dəfə 1935-ci ildə eksperimental
qaydada, 1937-ci ildə isə sənaye miqyasında Ģampan Ģərabları
hazırlanmıĢdır. Azərbaycanda ilk dəfə burada 1892-ci ildə konyak
istehsalına baĢlanılmıĢdır.
Hazırda Göygöl Ģərab zavodu Ģərab, brendi və araq (onlarla növ
müxtəlifliyində) istehsal edir. Müəssisənin 525 ha üzüm
plantasiyası vardır. Burada gücü saatda 6000 butulka olan Ģərab və
konyak istehsalı xətti fəaliyyətdədir. Məhsulunun əsas hissəsi
yalnız ənənəvi Rusiyaya deyil, həmçinin Kanada, Ġsveçrə, Çin və
Hindistana ixrac olunur. Qeyd etmək lazımdır ki, sovet dönəmində
ittifaqda istehsal olunan konyakın 7%-i bu müəssisənin payına
düĢürdü. Hazırda özünü müasir sənaye müəssisəsi kimi
göstərməklə, özündə yeni avadanlıqlarla klassik texnologiyanı
birləĢdirir. Artıq nəinki ölkəmizdə, hətta xaricdə belə, zavodun
«Xan» brendi tanınır və çoxlu mükafatlarla təltif olunmuĢdur.
Dostları ilə paylaş: |