Qırğızıstan. Üzümçülük və Ģərabçılıq üçün daha əlveriĢli
rayonlar ġimali Qırğızıstandır (Çuy və Talas vadisində). Ġqlimi
kontinental, isti və Cənubi Qırğızıstana nisbətən daha mülayimdir.
Vadinin ətəklərində yerin hündürlüyündən asılı olaraq (66-1000)
torpaq-iqlim Ģəraiti dəyiĢir. Frunze rayonunun üzümlüklərində
vegetasiya dövrünün uzunluğu 185 gün, fəal temperaturun cəmi
3300
0
C-dir. DüĢən yağıntılar 380 mm-dir. Dağətəyi torpaqları
tünd-Ģabalıdı, daha aĢağı yerlərdə açıq-Ģabalıdı və boz torpaqlardır.
Üzümlüklər öz kökü üstə bitən, suvarılan, basdırılandır.
Qırğızıstanın üzümçülük və Ģərabçılığının əsas istiqaməti süfrə
üzüm sortlarının becərilməsi (Muskatlar, Madlen Anjevin,
Nimrəng, Sultani, Ağ ÇauĢ, Qara kiĢmiĢ və s.); süfrə Ģərabları və
oynaq Ģərablar üçün Ģərab materialları (Qara pino, ġardone, Ris-
linq, Aliqote, Kulcinski, Rkasiteli); desert və tünd Ģərablar (Qara
və BənövĢəyi Muskat, Furmit, Aleatiko, Kaberne Sovinyon,
Saperavi və s.) istehsal etməkdir.
Dostları ilə paylaş: |