Özbəkistan. Orta Asiyanın baĢqa respublikaları kimi
kontinental iqlimə - isti, quru yaya və soyuq qıĢa (-28
0
C-yə qədər)
malikdir. Yağıntıları azdır. Torpaqları boz və çəmən tiplidir.
Üzümlüklərin çox hissəsi basdırılan və suvarılandır.
Özbəkistanda əsas yeri süfrə Ģərabları və həmçinin qurudulmuĢ
üzüm istehsalı (kiĢmiĢ üzümü) tutur. ġərabçılığın əsas istiqaməti
yüksək keyfiyyətli tünd və desert Ģərablar istehsalıdır. Burada
həmçinin süfrə Ģərabları, konyak və oynaq Ģərablar üçün Ģərab
materialları hazırlanır.
Üzümlükləri Ģimal və cənub rayonlarına bölünür. ġimala -
DaĢkənd, Fərqanə, Əndican, Xarəzm vilayətləri; cənuba –
Səmərqənd və Surxandərya vilayətləri daxildir. Desert və tünd
Ģərablar Rkasiteli, Aleatiko, Çəhrayı və Macar muskatları, Buaki,
Yumalaq və b. sortlardan hazırlanır.
Ən yaxĢı ağ süfrə Ģərabları dağətəyi rayonlarda, yerli üzüm
~ 46 ~
sortları Soyaki, Obak (DaĢkənd vilayəti), Baxtifi (Səmərqənd
vilayəti), BiĢtidən (Buxara vilayəti) hazırlanır. Bundan əlavə
Sovinyon, Tavkveri sortlarından da yüksək keyfiyyətli ağ və
qırmızı süfrə Ģərabları istehsal olunur və sortun adı ilə adlanır.
BayanĢirə və Rislinq sortlarının kupajından hazırlanmıĢ Xosilot
Ģərabı yüksək keyfiyyəti ilə seçilir.
Dostları ilə paylaş: |