~ 47 ~
Ģərabçılığın əsas istiqaməti süfrə üzümü yetiĢdirmək (Nimrəng,
Hüseyni, Çəhrayı tayfı); Taqobi, Saperavi və BayanĢirə üzüm
sortlarından keyfiyyətli tünd və desert Ģərablarlar hazırlamaqdır.
Ura-Tyubin zonası. Türküstan dağ silsiləsinin Ģərq və qərb
ətəklərində 600-2000 m yüksəklikdə yerləĢir. Torpaqları gillicəli
və çürüntülü boz torpaqlardır. Yağıntıların orta illik miqdarı 400
mm-dir. Üzümlükləri suvarılan və qıĢda basdırılandır. Zonada
Nimrəng, Ağ Hüseyni, Ağ və Qara kiĢmiĢi, Çəhrayı Tayfi, Ağ
Çiyaki süfrə üzüm sortları becərilir. Çilyaki sortundan desert; Obak
sortundan ağır, dolğun süfrə Ģərabı hazırlanır.
DüĢənbə zonası. Qissar vadisində 700-1600 m yüksəklikdə
yerləĢməklə, dağ silsiləsi vasitəsilə Ģimaldan əsən soyuq və
cənubdan əsən isti külüklərdən qorunur. Yağıntıların orta illik
miqdarı 600 mm-dir. Torpaqları tünd-boz, mexaniki tərkibcə gilli,
çınqıl qarıĢıqlı, dənəvər və xırda daĢlıdır. Üzümlükləri suvarılan
olub, qıĢda basdırılır.
ġərabçılığın əsas istiqaməti – Rkasiteli, Muskat, Kaberne
Sovinyon, BayanĢirə sortlarından tünd və desert Ģərablar istehsal
etməkdir. Təzə halda yemək üçün Sultani, Çəhrayı tayfi, Ağ
çilyaki, Parkent, Ağ və Qara kiĢmiĢ sortları becərilir.
Pəncikənd zonası. ZərəfĢan çayının vadisində 800-1000 m
yüksəklikdə yerləĢir. Burada qurudulmaq üçün Ağ və Qara kiĢmiĢ
üzüm sortları becərilir. Ağ muskatdan desert Ģərab hazırlanır.
Dostları ilə paylaş: