Qazaxıstan. Ġqliminin kəskin kontinental olması ilə əlaqədar
üzümlükləri basdırılandır. Üzümlükləri düzən yerlərdə suvarılan,
dağətəyində suvarılmayandır. Əsas üzümçülük və Ģərabçılıq
rayonları cənub və cənub-Ģərqdə yerləĢməklə, iki zona yaradır.
Ağ süfrə Ģərabları və oynaq Ģərablar üçün Ģərab materialları
istehsal edən zona - Cambul, Alma-Ata və Taldı-Kurqan
vilayətlərinin
aĢağı dağlıq, yaxud dağətəyi hissələrində
yayılmıĢdır. Üzümlüklərin əsas hissəsi dəniz səviyyəsindən 700-
900 m yüksəklikdə, açıq və tünd-Ģabalıdı, xeyli miqdar cınqıl və
daĢlı torpaqlarda yayılmıĢdır. Yağıntıların miqdarı 200-600 mm,
fəal temperaturlarn cəmi 2580-3300
0
C-dir. Burada becərilən əsas
texniki üzüm sortları Qara Pino, Rislinq, Kulcinski, Rkasiteli,
Kabarne Sovinyon, BayanĢirə və baĢqalarıdır.
Desert, tünd Ģərablar və süfrə üzüm zonası Qazaxıstanın cənub
və qərb hissələrində - Çimkend, Alma-Ata və Taldı-Kurqan
vilayətlərində yayılmıĢdır. Burada üzümlüklər düzən yerlərdə,
dəniz səviyyəsindən 300-800 m yüksəlikdə yayılmıĢdır. Torpağı
lyoslu-gilli, açıq, müxtəlif dərəcədə karbonatlıdır. Ġllik yağıntıların
miqdarı 136-230 mm-dir. Fəal temperaturların cəmi 3300-4400
O
C-
dir. Becərilən əsas texniki sortlar - Saperavi, Cəhrayı və Macar
muskatı, Kabarne Sovinyon, Rkasteli, Aleatiko, Mədrəsə; süfrə
sortları - Nimrəng, Cəhrayı tayfi, Katta-Kurqan, Qara-Ağ oval
kiĢmiĢlər və baĢqalarıdır.
Dostları ilə paylaş: |