1.5. Asiya
Türkiyə. Türkiyədə Ģərabçılığın tarixi təqribən 6000 il bundan
əvvələ gedib çıxır. Üzümlüklərin sahəsinə görə (755 min ha)
Türkiyə dünyada 5-ci yeri (2004), üzüm istehsalına görə (39 min
sent) 6-cı yeri tutur. Son 10 ildə hər il Ģərab istehsalının 20% artımı
müĢahidə olunmaqdadır.
Türkiyədə 100-ə yaxın Ģərab zavodunda ildə 275 mln litrə yaxın
Ģərab istehsal olunur. Bu da demək olar ki, Kanadanın Ģərab
istehsalına bərabər olub, Livan və Ġsrail kimi məĢhur Ģərab
istehsalçılarından yüksəkdir.
Türkiyənin dünyada tanınan iki iri Ģərabçılıq Ģirkəti – Doluca və
Kavaklıdərə 1925-ci ildə yaradılmıĢdır.
Çoxlu sayda xırda Ģərabçılıq müəssisələri hələ də köhnə
avadınlıqlarla iĢləyir. Polad çənlər, temperatur nəzarəti və butulka
doldurma xəttinə yalnız üç nəhəng – Doluca, Kavaklıdərə və
Sevilən Ģirkətləri malikdir. Doluca – Frakiyada, Kavaklıdərə isə
Anadoluda yerləĢməklə, Türkiyənin Ģərabçılıq sənayesində
dominantlıq edir və ildə uyğun olaraq 13 və 20 mln butulka Ģərab
istehsal edirlər. Türkiyənin ücüncü iri Ģirkəti Sevilənlə birlikdə
onlar türk Ģərabının 90%-ni buraxırlar.
TanınmıĢ Doluca firması son 10 ildə üzümçülük və Ģərabçılığa
40 mln dollar sərmayə qoymuĢdur. Bu yeni üzümlük ərazilərinin
seçilməsi, palıd çəlləklərin sınaqdan keçirilməsi və s. Ģəklində
həyata keçirilir. OxĢar vəziyyət Kavaklıdərə Ģirkəti ilə əlaqədar da
baĢ verir. Belə ki, Anadolu üzümçülük regionunda vulkan mənĢəli
~ 44 ~
torpaqlarda dəyəri 3,5 mln dollar olan Ģərab zavodunun tikintisi
yeni baĢa çatmıĢdır.
2003-cü ildə Türkiyədən Ģərab ixracının həcmi 7,3 mln dollar
(müqayisə üçün 2001-ci ildə 5 mln dollar olmuĢdur) təĢkil
etmiĢdir. Çox hissəsi Almaniya, Belçika və Lüksemburqa ixrac
olunur.
Ġstehsal olunan üzümün 25%-i təzə halda, 35%-i qurutmaya,
40%-i üzüm Ģirəsi və Ģərab hazırlanmasına verilir. Egey rayonunda
Sultani (Ağ oval kiĢmiĢ) becərilir və qurudulmuĢ Ģəkildə tam ixrac
olunur; Mərmərə dənizi bölgəsində yüksək keyfiyyətli üzüm Ģərabı
istehsalı, həmçinin təzə halda istifadə üçün becərilir. Aralıq dənizi
rayonu tez yetiĢən süfrə üzüm sortları üçün ixtisaslaĢdırılmıĢdır.
Mərkəzi, Cənub-ġərqi və ġərqi Anadolu, Qara dəniz rayonunda
Ģərab, üzüm Ģirəsi, mövuc istehsalı üçün üzüm becərilir.
Daha geniĢ yayılmıĢ sortlara aiddir: süfrə - ÇauĢ, Hafızalı,
Razaki, Alfons, Lavalle, Kardinal, Bəyaz Tarsus, Müskülə, Bəsni,
Bəyaz Kazak, Çiyah kazak, Gimra, Ġtaliya, Parlet, Mühəmmədiyyə,
texniki - Semilyon, Yapınak, Papazqarası, Adaqarası, Qame,
Vasilaki, Cinsant, Bornava muskatı, Çal qarası, Narıncı, Öküz
gözü, Əmir, Dimrit, Ağ Rumu, və b; qurutmaq üçün – Sultani,
Yuvarlak, Dimrit, Ağ Rumi, DimiĢki.
Üzümlükləri basdırılmır, çox hissəsi suvarılandır. Üzümlüklərin
bir hissəsi dayaqsız - Ģpalersiz becərilir. Üzümlüklər filloksera ilə
yoluxmuĢ rayonlarda calaqaltılar əsasında becərilir. Tətbiq olunan
calaqaltılar: Rupestris dyu Lo, Berlandieri x Riparia Kober 5BB,
ġasla x Berlandieri 41B, Berlandieri x Rupestris Rexter 110, 140
Ryuqjeri, Berlandieri x Riparia 420 A.
Türkiyə təzə üzümü (25 min ton ildə) Almaniya, Avstriya,
Böyük Britaniya, Ġsveçrə, Hollandiya, Almaniya, Ġtaliyaya ixrac
edir. Türkiyənin Ģərabçılıq sahəsi nisbətən gəncdir. ġərab yalnız
1927-ci ildən dövlət nəzarətində olmuĢdur.
ġərabçılıq müəsissələri 2 kateqoriyaya aid edilir: müasir
avadınlıqlarla təchiz olunmuĢ dövlət və xırda primitiv Ģərab
müəssisələrini əhatə edən xüsusi sektor. Ġri Ģərabçılıq müəssisələri
Ankara, Ġzmir, NevĢəhər, Mürəftə və Tokantadır.
~ 45 ~
Türkiyə 650 min hl (2004) Ģərab, o cümlədən süfrə (turĢ,
kəmturĢ, kəmĢirin), tündləĢdirilmiĢ və oynaq, 520 min hl üzüm
arağı (rakı), az miqdarda konyak, cin, likor istehsal edir. Texniki
üzüm sortlarının qalan hissəsi üzüm Ģirəsi, bəhməz, pastil, sucuq
hazırlanması üçün istifadə olunur. ġərabçılıq məhsullarının 40%-i
dövlət, 60%-i xüsusi sektorda; üzüm arağı isə bütövlükdə dövlət
sektorunda istehsal olunur. Türkiyənin daha məĢhur Ģərabları;
Bəyaz, Trakiya, Qırmızı Trakiya, Xozbaq, Buzbaq, Bəyaz
Kalebaq, Qırmızı Kalebaq, Narbaq, MiĢbaq və b. Türkiyə Ġsveç,
Ġsveçrə, Almaniya, Böyük Britaniya, Danimarka, Hollandiya və
Kanadaya 70 min hl-ə yaxın Ģərab ixrac edir. Üzümçülük və
Ģərabçılıqla kənd təsərrüfatı, meĢə təsərrüfatı və kənd yerləri ilə
iĢlər üzrə nazirlikləri məĢğul olur. Ölkə səviyyəsində tədqiqatlar,
tədqiqat təĢkilatları, koordinasiya mərkəzi olan tədqiqat institutları,
həmçinin kənd təsərrüfatı fakültə və institutları və dövlət
tabeçiliyində olan ―Tekel‖ idarəsinin institutları tərəfindən aparılır.
Qara dəniz hövzəsi ölkələrinə daxil olan reqionlarda Ģərab
dequstasiya turizmi geniĢ vüsət alır. Bu baxımdan ən məĢhuru
Krım (Ukrayna) olsa da, Türkiyə, Ruminiya, Gürcüstan,
Bolqarıstan da bu istiqamətdə iĢlər görməkdədir.
Dostları ilə paylaş: |