1.7.
Dünya
şərabçılığının
müasir
vəziyyəti
Dünya üzrə üzüm istehsalı və üzüm sahələri 1950-1980-ci
illərdə sabit Ģəkildə artmıĢ, 1983-cü ildən isə əksinə, azalmağa
baĢlamıĢdır. Üzümlüklər altında olan sahə 1976-1980-ci illərdə
maksimum olub, 10 milyon 213 min hektar təĢkil etmiĢdir. 1992-ci
ildə bu göstərici 8,2 mln hektara, 2005-ci ildə isə 8 mln hektara
düĢmüĢdür. Lakin bu müddətdə (1992-ci ildən sonra) Ģərab
istehsalı demək olar ki, dəyiĢməz qalmaqla, yüksək keyfiyyətli
Ģərabların payı sabit Ģəkildə yüksəlmiĢdir.
2004-2009-cu illərdə dünyada orta illik Ģərab istehsalı 260-300
mln hl (1 hektalitr=100 litr) arasında dəyiĢmiĢdir ki, onun yarıya
qədəri ənənəvi Ģərabçılıq reqionları olan Ġtaliya, Fransa və
Ġspaniyanın payına düĢür. Dünyada istehsal olunan üzümün 5-6%-i
qurudulmuĢ (mövüc – kiĢmiĢ), 10%-i təzə halda, 84-85%-i isə
Ģərab, konyak və brendi istehsalı (texniki sortlar) üçün istifadə
edilir. Ġstehlakın isə 30%-dən artığı (ildə 75 mln hl) bu
ölkələrdədir. Eyni zamanda aparıcı Ģərab idxalçı ölkələri –
Almaniya, Böyük Britaniya və ABġ dünya Ģərab həcminin 1/4
hissəsini (ilə 57 mln hl) istehlak edir. Dünya regionları üzrə Ģərab
istehlakı belə paylanır (2008-ci ildə): Avropa 66%, Asiya 7%,
Amerika 22%, Afrika 3%, Okeaniya və Avstraliya 2%.
Dünya Ģərabçılığının mərkəzi Avropa ölkəsi olan Fransadır.
Çünki burada hər il dünya Ģərab buraxılıĢının təqribən ¼ -i qədər
~ 63 ~
Ģərab istehsal olunur. Dünyada ən iri Ģərab istehsalçısı yeri uğrunda
mübarizədə Fransanın rəqibi Ġtaliyadır. Burada istehsal olunan
Ģərabın miqdarı Fransadan yalnız bir qədər geri qalır. Lakin Ģərab
ixracına görə Ġtaliya mübahisəsiz liderdir.
Üçüncü iri istehsalçı ildə 34 milyon hektolitr Ģərab istehsalı ilə
Ġspaniyadır. Bu ölkə üzümlüklərinin sahəsinə görə dünyanın ən
nəhəngidir (1,45 milyon hektar).
Almaniyada üzümlüklərin sahəsi 100 min hektardır. Lakin
burada 3000 ada yaxın Ģərab qeydiyyatdan keçmiĢdir ki, bu da
hətta dünya səviyyəsində iri göstəricidir.
Portuqaliyada üzümlüklər altındakı sahə 360 min hektar, illik
Ģərab istehsalı isə 10 milyon hektalitrdir. Qeyd etmək lazımdır ki,
bunun çox hissəsini Portuqaliyalılar özləri içirlər.
Qədim Ģərabçılıq ənənəsi olan Avropanın digər ölkələrindən
Yunanıstan və Kipr (Ģərabın vətəni hesab olunur), Macarıstan
(Tokay Ģərabının vətəni), Rumıniya (bir vaxtlar Ģərab istehsalına
görə Ģərqi Avropada ikinci yeri tuturdu) qeyd olunmalıdır. Son illər
Bolqarıstan, Ukrayna, Moldova və Gürcüstanda Ģərabçılığın
inkiĢafına xeyli sərmayə qoyulmaqdadır. Az miqdarda Ģərab
istehsal edən ölkələr PolĢa, Çexiya, Sloveniya, Yuqoslaviya,
Avstriya, Ġsveçrə, Malta, Niderland, LextenĢteyn və Ġngiltərədir.
Ġngiltərə Ģərab istehsal edən ən Ģimal ölkədir. Burada Ģərab
istehsalı ilə əsasən fərdi təsərrüfatlar məĢğul olur (Üzümlüklərinin
sahəsi 1000 hektara yaxındır).
Avstraliya və Yeni Zenlandiyada Ģərabçılıq keçən əsrin ikinci
yarısından inkiĢafa baĢlamıĢdır.
Aparıcı Ģərab istehsalçısı olan Afrika ölkələrindən Cənubi
Afrika Respublikasını göstərmək olar. Burada üzümlüklərin sahəsi
100 min hektar olub, hər il 9 milyon hektolitr Ģərab istehsal olunur
və onun 1/10 hissəsi ixrac edilir.
Əlcəzairdə Ģərab demək olar ki, iki dəfə az istehsal olunur, lakin
dinlə əlaqədar məhdudiyyətlərlə bağlı hamısı ixrac edilir.
Tunisdə və Misirdə də pis olmayan keyfiyyətdə Afrika Ģərabları
istehsal olunur.
~ 64 ~
Amerikanın hər iki hissəsində yerləĢən ölkələrdə Ģərab
istehsalına görə birinci yeri 300 min hektar üzümlüyü ilə Argentina
tutur. Ġstehsal olunan Ģərabın miqdarına görə ikinci yeri – 13
milyon hektolitrlə ABġ tutur. Keyfiyyətə görə Çili Ģərabları
tanınır. ġərab həmçinin Braziliya, Kanada, Meksika, Ekvador,
Venesuela, Peru, Kolumbiya və Uruqvayda istehsal olunur.
Yaxın Ģərq üzüm üçün yaxĢı iqlim Ģəraitinə baxmayaraq, din
amilinə görə burada Ģərab hazırlanmır. Yalnız bəzi istisnalar vardır.
Belə ki, Ġsrail Ģərabları beynəlxalq sərgilərdə tanınır, Suriya və
Livanın ən yaxĢı üzümlükləri isə hərbi əməliyyatlar gedən Beka
vadisində yerləĢir.
Asiya ölkələrindən Ģərabçılığı fəal inkiĢaf edən Türkiyədir.
Burada dinlə bağlı qadağan keçən əsrin əvvəllərindən
götürülmüĢdür. Digər ölkə Çindir ki, burada üzümün aqrotexnikası
və Ģərab hazırlanmasının təkmilləĢdirilməsi üzərində xarici
mütəxəssislər iĢləməkdədir.
Yaponiyada Ģərabçılıqla bir neçə məĢhur Ģirkətlər məĢğuldur.
Onların Avropa və Amerikada üzümlükləri vardır. Hindistan və
Cənubi Koreyada da az miqdarda Ģərab hazırlanması məlumdur.
Son illər Ģərab istehsal və istehlakı coğrafiyasında struktur
dəyiĢilkikləri baĢ verir. Belə ki, ənənəvi istehsal reqionlarında
istehlakın azalması və ―yeni‖ reqionlarda istehlak və istehsalın
artımı müĢahidə olunmaqdadır. Qeyd etmək lazımdır ki, ―yeni‖
reqionlarda (Almaniya, ABġ, Yaponiya) əvvəllər baĢqa içkilər
(pivə, yerli xammaldan tünd içkilər və s.) ənənəvi idi. Son vaxtlar
Ģərab istehsalının artım səviyyəsi Çində xüsusilə yüksək olmuĢdur.
Belə ki, 2009-cu ildə bu ölkədə 12 mln hl Ģərab istehsal
olunmuĢdur (son 10 ildə istehsalın artım həcmi 110% təĢkil
etmiĢdir). ġərab istehsal və istehlakı balansının təhlili 3 əsas qrup
ölkələr ayırmağa imkan verir.
ġərab istehsalı səviyyəsi istehlakdan aĢağı olan ölkələr, onlar
eyni zamanda Ģərab idxalçılarıdır (ABġ, Almaniya, Çin);
Üzüm Ģərablarının ixracatçıları olan ölkələr (Fransa,
Ġspaniya, Ġtaliya və yaxın vaxtlardan Argentina);
Əsasən ixracatçı ölkələr (CAR, Avstraliya, Çili).
~ 65 ~
Hələ bir neçə il bundan əvvəl belə məlum olmuĢdur ki, Avropa
Ģərabçıları «həddindən artıq Ģərab istehsal edirlər ki, onun da
təchizat bazarı» yoxdur. Həmin vaxt artıq Ģərab istehsalına son
qoymaq və AB-yə məxsus 400 min hektar (3,4 mln ha-dan)
üzümlükləri kökləmək təklif olunmuĢdur. Lakin Avropa
komissiyasına Ģərab istehsalçı ölkələrin təsiri altında həmin rəqəm
2 dəfəyə qədər azaldılaraq 175 min hektara salındı.
Onu da qeyd etmək lazımdır ki, AB ölkələrində adambaĢına
illik Ģərab istehlakı da azalmaqdadır. Bu, avropalıların son illər
ayıq həyat tərzinə üstünlük vermələri ilə də əlaqələndirilə bilər.
Lakin bununla belə burada yeni dünya ölkələrinin iĢlərinin pis
getməməsi də qeyd olunmalıdır. Belə ki, Beynəlxalq Üzümçülük-
ġərabçılıq TəĢkilatının (OĠV) məlumatına görə dünya Ģərab
satıĢında yeni dünya ölkələrinin payı 3%-dən (1990-ci il) 30%-ə
(2008-ci il) yüksəlmiĢdir. Son 18 ildə (1990-2008) Avstraliya və
Çilidən Avropaya Ģərab ixracı 2000% artmıĢdır.
Yeni Dünya ölkələri adlandırılan Latın Amerikası ölkələri və
Avstraliya iri Ģərabçılıq Ģirkətlərinin yüksələn rolu fonunda Avropa
istehsalçıları ənənəvi qaydada, çoxlu sayda xırda Ģərabçılıq
müəsisələri ilə təmsil olunur və birincilərlə rəqabət qabiliyyətinə
malik olmurlar. Nəticədə tarixi nailiyyəti Ģərabçılıq olan Avropa, o
cümlədən Fransa ciddi itkilərə məruz qalır. Beləliklə Avropa
Ģərabları aparıcı bazarlarda öz mövqeyini itirir.
Böhrandan sonrakı Ģəraitdə Avropa Ģərabçılıq Ģirkətləri öz
rəqabət stratageyasını dəyiĢməlidir. Bu, Ģərabçılıq bazarında yeni
iĢtirakçıların meydana çıxması ilə əlaqədardır. Bu Ģirkətlər yeni
dünya ölkələri, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə,
Hindistan və Çinə aiddir. Bu ölkələrin Ģərabçıları ənənəvi
Ģərabçılıq ölkələrinin texnoloji təcrübəsindən bəhrələnərək Kali-
forniya, Çili, Avstraliya, Argentina və CAR-dan innovasiyyaları
tətbiq etməklə yüksək nəticələr əldə edə bilərlər. Bununla əlaqədar
olaraq, Avropa Birliyində (AB) digər dəyiĢikliklərlə birgə isla-
hatlara baxılmıĢ,yuxarıda qeyd olunduğu kimi üzümlüklərin
sahəsinin azaldılması, Ģirəyə Ģəkər əlavə olunma normasının
~ 66 ~
(Ģaptalizasiya) aĢağı salınması, markalanmanın sadələĢdirilməsi və
reklamın yaxĢılaĢdırılması nəzərdə tutulmuĢdur.
Bu gün əsas Ģərab istehsalçıları olan Avropa ölkələri inkiĢaf
etməkdə olan iri ölkələrin bazarlarında möhkəmlənməyə çalıĢırlar.
Məsələn, Fransa, Almaniya və Ġtaliya Ģirkətləri Çində üzümçülük-
Ģərabçılıq sahəsinin inkiĢafı üçün sərmayə qoymaqdadırlar (yeni
avadanlıqlar göndərirlər, iĢləməyə təcrübəli məsləhətçi- Ģərabçılar
verirlər və s.).
Təhlillər göstərir ki, dünya Ģərabçılıq bölməsi aqrar kompleksi
qarĢısında müxtəlif planlı problemlər durur. Onlardan biri reklam
və digər xidmətlər tərəfindən iĢlənən Ģərab istehlakının artmasına
dair qeyri dəqiq məlumatdır. Halbuki, Ģərab istehlakının mövcud
səviyyəsi demək olar ki, sabitdir. Dünyada Ģərab istehlakının artımı
deyil, ölkələr və reqionlar arasında yenidən paylanması
getməkdədir. Ümumən istehlakçılar mühitində yeni tendensiyaların
meydana gəlməsi Ģərabçılıq biznesinin və dövlətlərin sosial-
iqtisadi siyasətinin qarĢılıqlı təsiri olmadan mümkün deyildir.
~ 67 ~
Dostları ilə paylaş: |