Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə59/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   405
orqanoleptiki üsuldan da istifadə olunur. Bu, məhsulun yetiĢməsi 

haqqında  bir  qədər  təqribi  məlumat  verir.  Orqanoleptiki  üsulda 

gilənin  xarici  görünüĢünə  və  dadına  baxılır.  Gilə  yetiĢdikdə 

ĢəffaflaĢır və nazilmiĢ qabıqdan lətin damarları görünür. Suda həll 

olmayan maddələrin miqdarı azaldığından gilə daha da yumĢalır və 

Ģirəli  olur.  ġirə  özünün  kəskin  turĢ  dadını  itirir.  Qabıq  asanlıqla 

lətdən  ayrılır,  toxum  bərkiyir  və  onun  bütün  sahəsi  qəhvəyi  rəng 

alır. 


Gələcək Ģirənin və digər emal məhsullarının keyfiyyəti yığımın 


 

~ 85 ~ 


 

düzgün  aparılmasından  asılıdır.  Yığım  sortlar  üzrə  aparılır, 

müxtəlif  sortların  və  eləcə  də  müxtəlif  rəngli  gilələrə  malik 

üzümün  qarıĢdırılmasına  icazə  verilmir.  Əgər  üzüm  eyni  vaxtda 

yetiĢirsə  –  kütləvi  yığım;  müxtəlif  vaxtlarda  yetiĢirsə  –  seçmə 

yığım aparılmalıdır. 

Sortundan, meteoroloji  Ģəraitdən  və  alınan məhsulun  növündən 

asılı  olaraq,  üzümün  yığılması  və  emalının  davam  etməsi  15-20 

gündür.  Yığım  vaxtı  hava  Ģəraiti  də  nəzərə  alınmalıdır.  Havanın 

optimal temperaturu 16-20

0

C olmalıdır. Güclü Ģeh düĢdükdə, eləcə 



də  yağıĢ  yağdıqda  yığım aparılmamalıdır. Çünki düĢən çöküntülər 

gilə  Ģirəsinin  qatılığının  azalmasına  səbəb  olur.  Bu  halda  üzüm 

yığımı  Ģirənin  Ģəkərliyi    normaya  çatana  qədər,  yəni  bir  neçə 

günlüyə təxirə salınır. Kif göbələkləri güclü inkiĢaf edən yağmurlu 

illərdə  yığım  aparılarkən  üzüm  sortlaĢdırılır.  ÇürümüĢ,  qurumuĢ, 

yetiĢməmiĢ  gilə  və  salxım  hissələri  ayrılır.  Əgər  üzümlüklərdə 

çürümüĢ  gilə  və  salxımlar  çox  olarsa,  əvvəlcə  sağlam  salxımlar 

seçilib yığılmalı, sonra kütləvi yığım aparılmalıdır. 

Yığımda Ģirəyə xoĢagəlməz ton verən yaĢıl və quru yarpaqların 

üzümə düĢməsinin qarĢısı alınmalıdır. 

Üzümün yığılması əllə və maşınla aparıla bilər. Əllə yığım 6-9 

nəfər yığıcıdan ibarət manqalarla aparılır(Ģəkil 2.1.). Qabaqda daha 

ixtisaslaĢmıĢ yığıcılar gedərək, sort qarıĢığı və deffektli salxımları 

(çürümüĢ,  yetiĢməmiĢ)  yığır.  Sonra  sağlam  kondinsiyalı  üzümün 

kütləvi  yığımını  aparan  yığıcılar  gedir.  Üzüm  səbətlərə  yaxud 

yeĢiklərə  yığılır.  Daha  əlveriĢlisi  tutumu  10-12  kq  olan  taralardır. 

Salxımlar saplaqdan, xüsusi qayçı yaxud bıçaqla kəsilir(Ģəkil 2.2.). 

DolmuĢ  taralar  cərgə  arasından  bir-birindən  25  m  məsafədə 

yerləĢən,  ötürücü-qəbuledici  bunkerə  boĢaldılır.  DoldurulmuĢ 

bunker  cərgə  aralarından  çıxarılır  və  emal  zavodlarına  aparan 

daĢıyıcı konteynerlərlə yüklənir. Lakin bu, az məhsuldar olub, ağır 

əl  əməyi  tələb  edir.  Hazırda  üzüm  məhsulunun  yığılmasını 

mexanikləĢdirmək  üzrə  iĢlər  aparılır.  Bu  müxtəlif  üzüm  yığan 

maĢınlardan istifadəyə əsaslanır. 

 



 

~ 86 ~ 


 

 

 



Şəkil 2.1. Üzümün əllə yığılması 

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin