Tərpənməz vəziyyətə salınmış mayaların tətbiqi. Son vaxtlar
xaricdə (Fransa, Almaniya, Ġtaliya, Portuqaliya, Bolqarıstan, Maca-
rıstan, Yaponiya, Slovakiya, Ukranya, Rusiya və baĢqaları) Ģərab
istehsalında, o cümlədən oynaq Ģərablar üçün tərpənməz vəziyyətə
gətirilən mayalardan istifadə olunması üzrə iĢlər aparılır.
Mayaları tərpənməz vəziyyətə gətirmək üçün istifadə olunan
üsulları Ģərti olaraq 3 tipə bölürlər: fiziki, kimyəvi və mexaniki.
Fiziki metodlara adsorbsiya və aqreqasiya aiddir. Tərpənməz
vəziyyətə gətirmənin sadə və nisbətən ucuz üsulu olan adsorbsiya
böyük maraq kəsb edib, bu halda mikroorqanizmlər (mayalar) və
aĢqarlar (sorbent) arasında qarĢılıqlı təsir baĢ verir. Bu üsul,
hüceyrələrin kifayət qədər davamlı təsbit olunması ilə fərqlənir.
Maya hüceyrələrinin kalsium yaxud natrium aliqant gelesində
təsbit edilmə metodu butulka üsulu ilə Ģampan və oynaq Ģərablar
istehsalında praktik tətbiqini tapmıĢdır. Qıcqırma prosesində və
sonrakı geldə təsbit olunmuĢ mayada yetiĢdirilmədə Ģərab Ģəffaf
olur. Çöküntünün tıxaca yığılması bir neçə dəqiqə davam edir.
Geldə təsbit olunmuĢ mayalar deqorjajda tamamilə kənar olunur.
Beləliklə də ağır zəhmətli və davam edən remjuaj əməliyyatını
aradan qaldırmaq mümkün olur.
Ġtaliya mütəxəssisləri belə hesab edirlər ki, təsbit olunmuĢ
mayalardan istifadə olunması hesabına remjuaja sərf olunan
xərcləri 80% azaltmaq olar. Saccharomuces cerevisiae mayalarının
kalsium alqantda təsbit olunması qlükozanın etil spirtinə
çevrilməsini 2,7 dəfə tezləĢdirir.
~ 187 ~
Dostları ilə paylaş: |