~ 29 ~
Ölkədə ordinar və yüksək keyfiyyətli qırmızı və ağ süfrə, turĢ,
desert, tünd Ģərablar, konyak materialı, ağ və qırmızı Ģampan
Ģərabı və həmçinin milli içki olan üzüm arağı istehsal olunur.
Yunanıstan. YumĢaq Aralıq dənizi iqlimi, relyefi, müxtəlif
torpaq tipləri ölkədə müxtəlif üzüm sortlarının becərilməsinə və
Ģərablar istehsalına imkan verir. Üzümçülüyün yayılması və
ixtisaslaĢması əhəmiyyətli dərəcədə relyef xüsusiyyətləri ilə
müəyyən olunur (60% əkinləri yamaclıqlarda yerləĢir).
Əsas üzümçülük rayonları Peloponnes, Krit, Attika və Egey
adalarıdır. Texniki sortlardan Sovatiano, Roditis, Mandilariya,
Sideritis və b. becərilir. Emalın əsas növü qurudulmuĢ üzüm
istehsalıdır. Yunanıstan kiĢmiĢ istehsalına görə dünyada baĢlıca
mövqelərdən birini tutur. Ölkənin iqlim Ģəraiti turĢ, təbii Ģirin,
oynaq, qazlaĢdırılmıĢ, likor, ətirləĢdirilmiĢ, tünd Ģərablar, brendi
tipli içki və ətirli araq istehsalına imkan verir. ġərabçılığının əsas
xüsusiyyəti istehsal həcminin sabitliyi və nisbətən yüksək
keyfiyyətli məhsul alınmasıdır.
Rumıniya. Üzüm və Ģərab istehsalına görə dünyada qabaqcıl
ölkələr sırasındadır. ġərab üçün istifadə olunan əsas sortlar:
Fetyaska, Rexale, Fetyaska alba, Rislinq, Sovinyon, ġardone,
Muskat, Ottonel, Boz Pino, Qrassa, Kaberne Sovinyon, Merlo və
baĢqalarıdır. Son illərdə demək olar ki, bütün Ģərabçılıq
rayonlarında üzüm emal etmək, Ģərabı iĢləmək və doldurmaq üçün
müasir texniki avadanlıqlarla təchiz olunmuĢ iri Ģərab kombinatları
tikilir. Burada ağ və qırımız süfrə Ģərabları ilə yanaĢı, Ģəkər qalığı
olan ətirləĢdirilmiĢ Ģərablar və konyak istehsal etmək üçün hər cür
imkan vardır. Həmçinin üzüm Ģirəsi istehsalını inkiĢaf etdirmək
üçün Ģərait yaradılmaqdadır.
Dostları ilə paylaş: