Мцяллифдян


Rusiyada  şampan  istehsalı



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə307/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   303   304   305   306   307   308   309   310   ...   405
Rusiyada  şampan  istehsalı.  Fransanın  təcrübəsinə  əsasən 

Rusiyada Ģampan Ģərabları 1699-cu ildə Krımda-Sudakda hazırlan-

mağa  baĢlandı  və  burada  Ģampan  istehsalı  üçün  birinci  böyük 



 

~ 413 ~ 


 

müəssisə  yaradıldı.  Bir  qədər  sonra  bu  Ģərablar  Krımın  cənub 

sahillərində  –  Ay-Danildə  və  AluĢtada  da  hazırlanmağa  baĢlandı. 

Lakin  bu  dövrdə  Ģampan  Ģərabçılığı  həvəskarlıq  və  təcrübə 

xarakteri  daĢıyırdı.  XIX  əsrin  ortalalarında  Krımda  Ģampan 

istehsalı ümumiyyətlə dayandırıldı. 

Rusiyada  Ģampan  Ģərabları  istehsalının  dirçəliĢi  vətənpərvər 

Ģərabçı L.S.Qolitsinin adı ilə bağlıdır. O, XIX əsrin 90-cı illərində 

Krımda Ģampan istehsalını təĢkil etdi. L.S.Qolitsin Fransanın Ģam-

pan Ģərabçılığını öyrənərək belə nəticəyə gəldi ki, Rusiya Ģampanı 

Fransa  Ģampanı  ilə  müsabiqəyə  girə  bilər  və  o,  bunu    öz  iĢi  ilə 

sübut  etdi.  Belə  ki,  onun  1900-cü  ildə  Beynəlxalq  Paris  sərgisinə 

təqdim  etdiyi  «Novıy  svet»  markalı  Ģampan  ən  yüksək  mükafat  – 

Qran-Pri  aldı.  Lakin  Ģampan  Ģərabçılığı  Krımda  hərtərəfli  inkiĢaf 

tapmadı. ġərabçılar və vilayət rəhbərliyi Krımı desert Ģərablar üzrə 

ixtisaslaĢdırmağı  qərara  aldıqdan  sonra,  yeni  Ģampan  rayonu 

tapmaq  əsas  məsələ  kimi  qarĢıya  qoyuldu.  Bu  yer  Qara  dənizin 

sahilində,  Novorossiyskidən  20  km  məsafədə  olan  Abrau-Dyurso 

oldu.  Seçmənin  düzgün  nəticəsi  sonralar  özünü  göstərmiĢ  oldu. 

ġampan  hazırlamaq  üçün  gözəl  torpaq-iqlim  Ģəraitinə  malik  olan 

Abrau-Dyurso Rusiyanın Ģampan istehsalında əsas mərkəzi oldu.  

Krımdan  baĢqa  keçən  yüzillikdə  Ģampan  istehsalına  Gürcüs-

tanda (Rusipiri kəndi, Kutaisi Ģəhəri) və Odessada baĢlanmıĢ, lakin 

lazım olan səviyyədə inkiĢaf etdirilə bilməmiĢdir. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  Ģampan  almaq  üçün 

təcrübələr  qoyulmuĢ  və  ilk  dəfə  1935-ci  ildə  BayanĢirə  üzüm 

sortundan  təcrübi  Ģampan  partiyası  hazırlanmıĢdır.  1936-1937ci 

illərdə Xanlar Ģərab zavodunda (indiki Göygöl Ģərab zavodu) Ģam-

pan  Ģərablarının  sənaye  istehsalına  baĢlanmıĢ  və  burada  indi  də 

butulka üsulu ilə Ģampan istehsal edilməkdədir. 

 

17.1.2. 

Şampan

 

üçün üzüm sortları 

 

 ġampan Ģərab materialı hazırlamaq üçün, elə üzüm sortlarından 

istifadə olunmalıdır ki, onlar Ģampan istehsalı üçün tövsiyə edilmiĢ 




 

~ 414 ~ 


 

olsun. 


Ağ  Ģampan  Ģərab  materialı  üçün  nəzərdə  tutulan  üzüm  sortları 

yığıldıqda aĢağıdakı tələblərə cavab verməlidir: ġəkərliyi 16-19%, 

titrləĢən turĢuluğu  8-11  q/dm

3

;  Qırmızı  üçün,  Ģəkərliyi 17-20% və 



titrləĢən turĢuluğu 7-10 q/dm

3

 olmalıdır. QarıĢıq sortlardan Ģampan 



Ģərab materialı hazırlamaq qadağandır. Bundan baĢqa kondisiyaya 

uyğun olmayan, əzilmiĢ və xəstələnmiĢ üzümdən də Ģampan Ģərab 

materialı hazırlamaq olmaz. 

MDB  ölkələri  üzrə  Ģampan  Ģərab  materialı  hazırlamaq  üçün 

aĢağıdakı  üzüm  sortları  tövsiyə  olunur:  qara  Pino,  ġardone,  ağ 

Pino, boz Pino, reyn Rislinqi, Aliqote, çəhrayı Traminer, Silvaner, 

yaĢıl  Sovinyon.  Elə  üzüm  sortları  da  vardır  ki,  onlar  MDB-nin 

ayrı-ayrı  ölkələrində  ağ  oynaq  Ģərablar  alınması  üçün  icazəlidir: 

Puxlıyakovski,  ġampançik  (Rusiya  Fedarasiyası,  Rostov  vilayəti); 

ağ  Fetyaska  (Moldova,  Ukrayna);  Siska,  Çinuri,  Msvani,  Qoruli 

Msvani  (Gürcüstan);  BayanĢirə  (Ağ  Ģirə,  Bananu)  (Azərbaycan, 

Özbəkistan,  Tacikistan);  Kulcinski  (Qazaxıstan,  Özbəkistan, 

Qırğızıstan, Ukrayna); Soyaqi (Özbəkistan). 

Uzaq  xaricdə  ağ  oynaq  Ģərablar  aĢağıdakı  üzüm  sortlarından 

hazırlanır: Pino nuar, Rislinq, ağ Pino, Aliqote, Trebyano, Nuratus, 

Durello, Fiano və b. (Ġtaliya); Virua, Makabeo, Ksarello, Morastel, 

QrenaĢ,  Malvaziya  və  b.  (Ġspaniya);  reyn  Rislinqi,  Silvaner, 

Elblinq sortları kupajda Fransız sortları olan ġabli, Sovinyon, ġinio 

və  Ġtaliya  sortları  Trebyano  və  Durellodan  alınan  Ģərab  material-

larından  istifadə  edilməklə  (Almaniya);  Pino  qrupu,  Semilyon, 

Sovinyon,  Rislinq,  ġardone,  Kolombar,  Fol  blanĢ,  Delaver, 

Niaqara  və  b.  (ABġ);  Dimyat,  Qımza,  Aliqote,  Rislinq,  ġardone, 

Yuni  blan  və  b.  (Bolqarıstan);  italiya  Rislinqi,  Silvaner,  ġardone, 

ġasla,  Ezerio  və  b.  (Macarıstan).  Ġsrail  və  Avstraliyada  əsasən 

ġardone və Pino nuar sortlarından istifadə olunur.  

Torpaq-iqlim  Ģəraitinə  gəldikdə,  Ģampan  Ģərab  materialı  üçün 

yüksək  temperatur  və  əhəngli  torpaqlar  əlveriĢlidir.  Yüksək 

temperaturda  zərif  süfrə  Ģərabı,  üzüm  Ģirəsi,  Ģampan  və  konyak 

Ģərab materialı alınır (4100- 4300°C). 

  



 

~ 415 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin