Мцяллифдян


Zoğların ucunun vurulması



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə50/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   405
Zoğların ucunun vurulması, tənəyin ayrı-ayrı orqanlarının qi-

da  təminatını  dəyiĢir,  xüsusilə  üzüm  giləsinin  kimyəvi  tərkib  və 

keyfiyyətinə  təsir  edir.  Uc  vurmanın  vaxtı  və  texnikası  məhsulun 

lazımi kondisiyada alınmasına o vaxt müsbət təsir edir ki, o, sortun 

bioloji xüsusiyyətləri, ekoloji  Ģərait və digər aqrotexniki amillərlə 

əlaqələndirilsin. Tənəyə verilən yük (bar verən gözcüklərin miqda-

rı),  normal  yetiĢməyə  və  məhsulun  miqdarına  təsir  göstərir.  Ona 

görə  də  hər  konkret  hal  üçün  tənəyin  optimal  yüku  müəyyənləĢ-

dirilir. Bu, öz əksini alınan Ģərabın keyfiyyətində göstərir. 

Gübrələmə,  tənəyin  qidalanmasını  qüvvətləndirməklə,  üzümə 

və  ondan  alınan  emal  məhsullarının  keyfiyyətinə  təsir  edir.  Tam 

gübrələnmiĢ  üzümlüklər  daha  keyfiyyətli  Ģirə  və  Ģərab  alınmasını  

təmin  edən  məhsul  verir.  Gübrələnmədə  fosforun  azotdan 

üstünlüyü  alınan  Ģərabın  tez  durulmasına  və  yetiĢməsinə  səbəb 

olur. Kalium gübrəsinin verilməsi üzümdə Ģəkər toplanmasına təsir 

etməklə, alınan Ģirə və Ģərabın keyfiyyətində mühüm rol oynayır. 

Suvarma.  Üzümün  məhsuldarlığının  artırılması  və  keyfiyyəti-

nin yaxĢılaĢdırılması üçün tətbiq olunan ən yaxĢı üsullardan biridir. 

Bu aqrotexniki üsul o vaxt yaxĢı nəticə verir ki, o, üzümün sortuna 

və məhsulun tələb olunan kondisiyasına uyğun norma və müddətdə 

aparılsın. Suvarma ilə əlaqədar, tətbiq edilən aqrotexniki tədbir və 

üsullar, təbii Ģərait, bitkilərin fizioloji vəziyyəti də nəzərə alınmalı-




 

~ 78 ~ 


 

dır.  Daha  yaxĢı  nəticə  suvarmanı  torpağa  gübrələr,  xüsusilə  də 

mikroelementlər verilməsi ilə əlaqələndirdikdə alınır. 

 Yağıntıların miqdarı 350-450mm olan üzümçülük rayonlarında 

aparılan  2-3  suvarma  məhsulu  1,5-2  dəfə  artırmaqla,  onun  və 

alınan  Ģərabın  keyfiyyətini  xeyli  yüksəldir.  Suvarma  ümumi 

aqrofonda  gilənin  normal  dolmasını    və  Ģəkər  toplamasını 

yaxĢılaĢdırır.  Quraqlıq  illərdə  baĢa  çatan  suvarmalar  məhsulun 

azalmasına,  üzümün,  eləcə  də  Ģərabın  keyfiyyətinin  pisləĢməsinə 

səbəb  olur.  Məhsul  yığımına  bir  qədər  qalmıĢ  aparılan  gec 

suvarmalar  da  buna  oxĢar  nəticə  verir.  Sonuncu  suvarma,  məhsul 

yığımına 20-30  gün, daĢlı torpağa malik  quraq  rayonlarda isə 12-

15 gün qalmıĢ baĢa çatdırılmalıdır.  

Suvarmanın  tətbiqi  yalnız  üzümün  məhsuldarlığını  yüksəltmək 

üçün  deyil,  onun  xammal  keyfiyyətini  yaxĢılaĢdırmaq  üçün  də 

lazımdır.  Lakin  həddindən  yüksək  nəmlik  gilənin  Ģirəliliyini 

yüksəldir,  Ģirə  çıxımını  artırır,  gilə  lətinin  sıxlığı  azalır,  qabıq 

nazilir, Ģəkərlik azalır, rəng və ətir zəifləyir. Rütubət azaldıqda gilə 

Ģirəsinin miqdarı azalır, lət daha sıx olur, qabıq qalınlaĢır, Ģəkərlik 

yüksəlir,  gilənin  ətri və  rəngi  güclənir.  Belə üzümdən qurutmada, 

spirtsiz məhsullar istehsalında, həmçinin daha ekstraktlı, yaxĢı sort 

ətrinə  malik,  ağır  Ģərablar  hazırlanmasında    istifadə  yaxĢı  nəticə 

verir.  


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin