Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə47/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   405
maddələrlə  zənginliyindən  də  asılıdır.  Üzüm  bitkisindən  emal 

sanayesində  tam  dəyərli  xammal  almaq  üçün  makroelementlər 

(azot,  fosfor,  kalium,  kükürd,  dəmir,  kalsium,  maqnezim)  və 

mikroelementlər (bor, manqan, mis, sink və molibden) lazımdır. 

Azot,  üzümün  böyüməsini  və  meyvə  tutumunu  sürətləndirir. 

Lakin onun artıq olması nəticəsində gilələr daha iri, xəstəliyə daha 

az  tutulan  Ģirəsi  az  ekstraktlı  və  çox  turĢulu  olur.  Həmin  Ģirədən 

alınan Ģərab isə az zülallı və mikrobioloji bulanmalara davamsiz və 

artıq oksidləĢməyə meyilli olur. 

Azot gübrələrinin həddindən artıq olması Ģərabda polifenolların 

miqdarını azaldır, qırmızı Ģərabların rəngini pisləĢdirir. 

Kalium,  gilədə  Ģəkərin  toplanmasına,  onun  tempraturunun 

azalmasına,  məhsulun  yetiĢməsinin  sürətlənməsinə  əlverıĢli  təsir 



 

~ 75 ~ 


 

edir.  O,  Ģirə  və  Ģərabın  (xüsusilə  qırmızıların)  ekstraktlığını    və 

zərifliyini təmin edir.  

Fosfor,  salxımın  əmələ  gəlməsini  və  böyüməsini  sürətləndirir, 

toxumun formalaĢmasına, Ģirə və Ģərabın keyfiyyətinə müsbət təsir 

edir.  Torpağa  fosfor  və  kalimun  verilməsi  gilənin  qabığında 

antosianların  toplanmasını  gücləndirir,  nəticədə  qırmızı  Ģirə  və 

Ģərabların rəng intensivliyi yüksəlir. 

Bor  və  manqan,  Ģəkərin  yüksəlməsini,  turĢuluğun  azalmasını, 

gilədə  antosianların  toplanmasını  və  ətirli  maddələrin  miqdarının 

yüksəlməsini surətləndirir. Kobalt və sink, həmçinin Ģirədə Ģəkərin 

miqdarını  artırır,  onun  turĢuluğunu  azaldır,  orqanoleptiki 

keyfiyyətini yaxĢılaĢdırır. 

Hər  hansı  torpaq  tipinin  üzüm  bitkisi  üçün  əhəmiyyəti  iqlim 

Ģəraiti  və  kompleks  ekoloji  amillərdən  asılıdır.  Quru,  isti  və  az 

tutumu  ilə  fərqlənən  daĢlı  torpaqlarda  dərin  plantaj  aparıldıqda, 

burada  yetiĢdirilmiĢ  üzüm  giləsində  kifayət  miqdarda  Ģəkər 

toplanır  və  belə  üzüm  emal  olunduqda,  keyfiyyətli  Ģərab  verir. 

Məsələn,  Krımın  cənub  sahillərində,  Abrau-Dyursoda  becərilən 

üzümlüklərdən  belə  məhsul  alınır.  Qumlu  torpaqlarda  becərilən 

süfrə  üzüm  sortları  yüksək  Ģəkər  toplayır  və  nəqliyyata  davamlı 

olur. Belə torpaqların yararlığını artırmaq üçün Ģum altına üzvü və 

mineral gübrələr verilməli, suvarma aparılmalıdır. Qida maddələri 

ilə  zəngin  boz  torpaqlarda  (lyoslu  torpaqlar)  becərilən  üzüm 

suvarıldıqda və isti, quru iqlim Ģəraitində yaxĢı məhsul verir. 

Qara  torpaqlar  üzümdən  lazımi  keyfiyyətdə  bol  məhsul 

alınmasını  təmin  edir.  Yüngül  mexaniki  tərkibə  malik    qara 

torpaqlarda əlveriĢli illərdə yüksək keyfiyyətli Ģərab alınır. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin