Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə44/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   405
rütubətdir.  O,  temperatur  və  digər  amillərlə  kompleks  Ģəklində, 

üzümün  vegetasiya    fazalarının  keçməsinə  və  məhsulun 

keyfiyyətinə  güclü  təsir  göstərir.  Rütubət  güclü  olduğu  Ģəraitdə 

gilənin  Ģirəsi  artır,  onun  qatılığı  və  Ģəkərliyi  azalır,  qabığı  nazilir, 

gilənin  rəng  və  ətri  az  intensiv  olur.  Belə  üzümün  nəqliyyata 

davamlığı  və  saxlanması  pisləĢməklə,  ondan  alınan  məhsul  az 

ekstraktlı, zəif buketli, tamamlanmamıĢ xarekterdə olur. Üzüm tam 

yetiĢdiyi  dövrdə  rütubət  yüksələrsə,  məhsulun  keyfiyyəti  pisləĢir, 

gilələr  ĢiĢir  və  çürüyür.  AĢağı  fizioloji  rütubətdə  gilələr  xırda,  az 

Ģirəli,  daha  qalın  qabıqlı  olurlar.  Gilə  ətli,  dolu  olmaqla,  rəng  və 

ətir  güclənir,  Ģəkərliyi,  saxlanması  və  nəqliyyata  davamlığı 

yüksəlir.  Belə  üzümdən  emal  olunan  Ģərab  daha  ekstraktlı,  güclü 

buketli alınır. 

Quraqlıq  vaxtı  çoxlu  rütubət  çatıĢmazlığı  üzümün  yetiĢməsini 




 

~ 72 ~ 


 

ləngidir,  gilə  xırda və  az  Ģirəli  alınır.  Nəticədə  gilədən Ģirə  çıxımı 

və  onun  Ģəkərliyi  azalıb,  ekstraktlığı  və  turĢuluğu  yüksəlir.  Quraq 

illərdə gilədə polifenolların miqdarı xeyli yüksək olur. 

Üzümə  təsir  edən  üçüncü  vacib  ekoloji  amil  günəş  iĢığıdır. 

Üzüm  iĢıq  sevən  bitkilərə  aid  olduğundan,  onun  məhsulunun 

keyfiyyəti  və  texnoloji  xassəsi  xeyli  dərəcədə  iĢıqlanmanın 

xarakter  və  intensivliyindən,  onun  davam  etmə  müddətindən 

asılıdır.  Spektrin  qırmızı-sarı  çalarlarları  fotosintezə;  mavi-

bənövĢəyi,  xüsusilə  də  ultrabənövĢəyi  hissəsi  böyüməyə,  meyvə 

tutumuna, xammalın bir sıra vacib xüsusiyyətlərinə (salxımın sayı, 

gilənin rəngi, Ģirənin kimyəvi tərkibi və biokimyəvi xassələri və s.) 

güclü təsir göstərir. 

MeĢə  yaxud  digər  ağac  zolağının  yaxın  olması  sarı-yaĢıl 

Ģüaların, çox dərin göldən sınıb qayıdan iĢıq isə spektrin daha çox 

göy-bənövĢəyi  hissəsinə  malik  olur.  Dağlıq  rayonlarda  gilənin 

yaxĢı rəngini təmin edən ultrabənövĢəyi Ģüaların miqdarı yüksəlir. 

GünəĢ  iĢığı  üzümdə  rəngləyici  maddələrin  toplanmasını 

sürətləndirir.  Kölgədə  qalmıĢ  gilədə  rəng  maddələri  gec 

toplanmaqla, onun miqdarı iĢıqdakına nisbətən az olur. 

Üzüm  məhsulunun  keyfiyyətinə  bütöv  iĢıq  daha  əlveriĢli  təsir 

edir.  YaxĢı  iĢıqlanan  yarpaqlarda  karbohidratlar  intensiv  əmələ 

gələrək  gilənin  daha  yaxĢı  dolmasını  və  Ģirədə  yüksək  Ģəkər 

toplanmasını  təmin  edir.  Gilə  daim  iĢıqlandıqda  onun  turĢuluğu 

azalır; ətir və rəngi güclənir. Bir sıra ağ üzüm sortlarında gilə tam 

yetiĢdikdə  onun  günəĢ  düĢməyən  tərəfi  tünd-sarı,  günəĢ  yandıran 

hissəsi  isə  çəhrayı,  yaxud  qonur  rəng  alır.  GünəĢ  Ģüalarının  təsiri 

altında gilə qabığı qalınlaĢır və az elastiki olur. 

Məhsulun kəmiyyət və keyfiyyətinə güc və istiqamətindən asılı 

olaraq bu və ya digər dərəcədə, əsən küləklər də təsir edir. Belə ki, 

o, yerin istilik vəziyyətini dəyiĢir, havanın rütubətini azaldır, üzüm 

bitkisinin yarpaqlarına karbon qazı axımını yüksəldir. 

Üzümün yetiĢməsi dövründə rütubətli dəniz küləyi gilənin daha 

yaxĢı dolmasını; quru – kontinental külək isə – Ģəkərliyin  yüksəl-

məsini  təmin  edir.  Davam  edən  quru  külək,  gilənin  dolmasını 

gecikdirir,  onlar  mexaniki  qırılıb  tökülür  və  üzümün  keyfiyyəti 




 

~ 73 ~ 


 

pisləĢir. 

Üzümlüklərə  və  məhsulun  keyfiyyətinə  dolu  böyük  zərər  verə 

bilər.  Bu  ziyan  gilənin  yetiĢmə  dərəcəsindən  asılıdır.  YetiĢməmiĢ 

gilənin  dərindən  zədələnməsi  onun  inkiĢafını  dayandırır,  nəticədə 

quruma  baĢ  verir.  Belə  üzümün  emalından  alınan  Ģərab  xoĢa 

gəlməyən ağız büzüĢdürücü tama və acı dada malik olur. Nisbətən 

yetiĢmiĢ gilə dolu ilə zədələndikdə  qabığı partlayır, ləti yumĢalır, 

Ģirəsi  qaynadılmıĢ  ton  verir.  Qabığın  çatlaması  Ģirənin  axmasına, 

gilədə  kif  göbələklərinin,  maya  və  bakteriyaların  inkiĢafına  səbəb 

olur.  

Güclü  və  uzun  müddətli  yağışlar  gilənin  inkiĢafını  gecikdirir. 

Rütubətin  çoxluğu  ilə  əlaqədar,  gilə  sulu  olur  və  onun  emalından 

az ekstraktlı, boĢ məhsul alınır. 

Uzun  sürən  yağıĢlı  Ģimal  rayonlarında  üzümün  yetiĢməsi  baĢa 

çata bilmir. Emal olunduqda xoĢagəlməz dada malik məhsul verir. 

GünəĢ  iĢığı  çatıĢmayanda  gilədə  Ģəkərin  toplanması  gecikir, 

turĢuluğun    düĢməsi  zəif  gedir,  sorta  məxsus  ətirli  maddələrin 

miqdarı  azalır,  qırmızı  üzüm  sortlarının  giləsində  rəngləyici 

maddələr  az  miqdarda  toplanır.  Gilədə  kif  göbələklərinin  hədsiz 

inkiĢafı ilə əlaqədar onların çat-çat olması baĢ verir. Bu isə kütləvi 

çürüməni qüvvətləndirir və uzun müddətli yağıĢlarda məhsul itirilə 

bilir. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin