Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə40/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   405
İkinci fəsil

 

ÜZÜM

 

ŞƏRABÇILIQ

 

SƏNAYESİ

 

ÜÇÜN

 XAMMALDIR 

2.1. 

Salxımın

 

quruluşu

 



 

tərkibi

 

Üzüm  salxımı  saplaqdan,  daraq  və  gilədən  ibarətdir.  Üzümün 

sortundan  və  xarici  Ģəraitdən  asılı  olaraq,  salxımın  forma  və 

böyüklüyü  də  müxtəlif  ola  bilir.  Formasına  görə  salxım  silindr, 

konusvari,  silindr-konusvari,  yumurta  Ģəkilli,  qanadlı,  ĢaxələnmiĢ 

və s. olur. Salxımın uzunluğu adətən 60-300 mm arasında dəyiĢir. 

Uzunluğu 130-180 mm olan salxımlar orta hesab edilir. 

Texniki  məqsədlər  üçün  (Ģirə,  Ģərab  hazırlanmasında)  istifadə 

olunan üzüm sortlarında salxımın minimum eni 50 mm, maksimum 

190 mm olur. 

Salxımda  gilələrin  sıxlığı  darağın  Ģaxələnməsindən,  saplağın 

uzunluğundan və gilənin böyüklüyündən asılıdır. Salxımın sıxlığı – 

üzüm sortunun xarakterik göstəricisi olub, ona həmçinin çiçəkləmə 

və tozlama Ģəraitini müəyyən edən amillər də təsir edir. 

Üzümün  sortundan  və  ekoloji  amillərdən  asılı  olaraq,  salxımın 

kütləsi də geniĢ intervalda dəyiĢir. Adətən Ģirə, Ģərab üçün istifadə 

olunan  sortlarda  salxımın  orta  kütləsi  süfrə  sortlarına  nisbətən  az 

olur. Ümumiyyətlə, salxımın kütləsi 40-750 q arasında dəyiĢir. 

Salxımda  gilələrin  miqdarı  üzüm  sortunun  səciyyəvi 

göstəricilərindən  olub,  çiçəkləmə,  tozlama  Ģəraitindən  və  ekoloji 

amillərdən  asılıdır.  Salxımda  gilənin  minimum  miqdarı  30, 

maksimum 500 ədəddir. 

N.N.Prostoserdov Ģərab və digər məhsullar alınmasında istifadə 

olunan  üzümün  öyrənilməsinə  xüsusi  əhəmiyyət  verirdi.  O, 

üzümün  xammal  kimi  öyrənilməsini  uvalogiyanın  (UVA-üzüm) 

predmeti hesab edirdi. 

Uvalogiya  üzümün  mexaniki  tərkib  və  xassələrini,  kimyəvi 

tərkibini,  salxım  və  gilədə  maddələrin  paylanmasını;  yetiĢmə 

prosesində  üzümün  tərkibinin  dəyiĢməsini;  onun  qida  və 

orqanoleptiki  xassəsini;  üzümdən  alınan  məhsulun  növü  və  xarici 




 

~ 68 ~ 


 

amillərin üzümün keyfiyyətinə təsirini öyrənir. 

Üzümün  mexaniki  tərkibi  salxım  və  gilənin  ayrı-ayrı  quruluĢ 

elementlərinin  kütləsinin  bir-birinə  nisbəti  ilə  xarakterizə  olunur. 

Bu  elementlər  –  gilə,  daraq,  qabıq,  lət  və  toxumdur.  Professor 

Prostoserdov üzümün mexaniki tərkibinin analiz sxemini aĢağıdakı 

kimi vermiĢdir:  

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin